TÜRKİYƏ
1 dəqiqə oxuma
“Bunu bilməyənlər bilməli, eşitməyənlər eşitməlidir”, R.T.Ərdoğan
Şimali Kipr Türk Respublikası Azərbaycandan sonra TEKNOFEST-ə ev sahibliyi edən ikinci beynəlxalq məkan oldu
“Bunu bilməyənlər bilməli, eşitməyənlər eşitməlidir”, R.T.Ərdoğan
Erdogan expressed confidence in the future, adding, “With the TEKNOFEST youth, the projects rising across TRNC, and our strategic initiatives, we will continue to stand here for centuries to come.” / AA
4 may 2025 г.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 3-də paytaxt Lefkoşada keçirilən TEKNOFEST Mükafatlandırma Mərasimində çıxış edərək Türkiyənin pilotsuz uçuş aparatlarının PUA texnologiyasında dünyanın ən qabaqcıl üç ölkəsindən biri olduğunu bəyan edərək dedi: “Bu sahədə irəliləyişləri qətiyyət və həvəslə davam etdirəcəyik. TEKNOFEST gəncliyi Qıbrızda (ŞKTR) layihələr və strateji təşəbbüslər həyata keçirəcək.

  Biz türk milləti və Kipr türkləri olaraq bu torpaqların sahibləriyik. Bunu bilməyənlər bilməli, eşitməyənlər isə eşitməlidir. Türkiyə və Şimali Kipr Türk Respublikası arasında güclü əlaqələr mövcuddur”.

  Qıbrız prezidenti Ersin Tatar da öz növbəsində çıxış edərək bildirib: “Türkiyənin milli müdafiə sənayesindəki son uğurları bütün türk dünyası üçün qürur əsərləridir”.

  Texnologiya, aviasiya və kosmos sahəsində Türkiyənin ən böyük tədbiri olan TEKNOFEST Şimali Kiprdə keçirilib və Lefkoşada minlərlə adamı özünə cəlb edib. Dörd günlük tədbirin ilk günündə təxminən 62 min nəfər seyirçisi olub.

  Türkiyə Texnologiya Komandası - T3 Fondu və Türkiyənin Sənaye və Texnologiya Nazirliyi tərəfindən təşkil olunan TEKNOFEST 2018-ci ildən bəri hər il dövlət qurumları, özəl sektor tərəfdaşları və universitetlərin dəstəyi ilə həyata keçirilir. Tədbir ənənəvi olaraq cüt illərdə Türkiyənin müxtəlif şəhərlərində, tək illərdə isə İstanbulda keçirilir. Şimali Kipr Türk Respublikası Azərbaycandan sonra TEKNOFEST-ə ev sahibliyi edən ikinci beynəlxalq məkan oldu.

MƏNBƏ:trt global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us