DÜNYA
2 dəqiqə oxuma
Trampın sərt büdcə ixtisarından qaçan alimlər Fransaya gedəcəklər
Prezident Donald Trampın tətbiq etdiyi ABŞ-dakı xərclərinin ixtisar edilməsindən qaçan ilk tədqiqatçılar iyun ayında Fransa universitetində işə başlayacaqları bildirilib.
Trampın sərt büdcə ixtisarından qaçan alimlər Fransaya gedəcəklər
Several US researchers are leaving for Europe due to funding cuts and attractive European recruitment programmes offering academic freedom and stability. / AFP
18 aprel 2025 г.

ABŞ-da fəaliyyət göstərən elm adamları Tramp dövrünün sərt büdcə ixtisarından qaçarkən, Fransanın Eks Marselya kimi universitetləri tədqiqatçılara qapılarını açır, onlara sığınacaq və təqaüdlər təklif edir.

Prezident Donald Trampın tətbiq etdiyi ABŞ-dakı xərclərinin ixtisar edilməsindən qaçan ilk tədqiqatçılar iyun ayında Fransa universitetində işə başlayacaqları bildirilib.

Eks Marselya universiteti mart ayında büdcə ixtisarı fonunda qapılarını amerikalı alimlərə açacağını elan etdikdən sonra aprelin 17-də "Elm üçün təhlükəsiz yer" proqramı üçün çoxlu müraciətlər aldığını elan edib.

Universitetdən verilən məlumata görə, 298 ərizədən 242-si münasib hesab edilib və 20-yə yaxın mövcud vakansiya üçün nəzərdə tutulub.

Bildirilib ki, müraciətlərdən 135-i ABŞ, 45-i isə ikili vətəndaşdır.

Universitetin sədri Erik Berton “mühacir alim” statusunun yaradılmasını və daha çox amerikalı tədqiqatçının Fransa və Avropada qəbul edilməsini görmək istədiyini bildirib.

Bu statusu müəyyən edən qanun layihəsi aprelin 14-də Fransa parlamentinə keçmiş prezident və hazırkı deputat Fransua Olland tərəfindən təqdim edilib.

Eks Marselya universiteti daha əvvəl təhdid altında olan tədqiqatçılar üçün başqa proqram çərçivəsində Ukrayna, Yəmən, Əfqanıstan və işğal olunmuş Fələstindən olan 25 alimi qəbul edib.

Universitet qəbul edilən hər bir tədqiqatçının işini davam etdirmək üçün üç il ərzində 600,000 ilə 800,000 avro (680,000-910,000 ABŞ dolları) arasında dəstək almasını təmin edəcək büdcə ayırıb.

Müraciət edən tədqiqatçıların Con Hopkins, NASA, Yale, Stanford, Kolumbia və Pensilvaniya universiteti kimi ABŞ-ın müxtəlif universitetlərdən gəldiyi bildirilib.

Milyarlarla dollar ixtisar

Seçicilər komitəsi gələn aprelin 23-də görüşəcək, sonra isə ilk alimlər iyunun əvvəlində Fransaya gəlməzdən əvvəl onlayn müsahibələr aparacaqlar.

Qeyd edək ki, ABŞ tədqiqatçıları və alimlərindən bəziləri Avropaya köçür və deyirlər ki, Tramp administrasiyası dövründə aparılan siyasət dəyişiklikləri Amerikanın tədqiqat mühitində böyük fasilələrə səbəb olub.

Tramp administrasiyası federal tədqiqat xərclərini milyardlarla dollar azaldıb, Milli Səhiyyə İnstitutu (NIH), NASA və Milli Okean və Atmosfer İdarəsi kimi mühüm qurumların büdcələrini ixtisar edib..

Məsələn, NIH agentliyin dəyişən prioritetlərinə artıq uyğun gəlməyən bir çox qrantları ləğv edib. USAID fondlarındakı ixtisarlar isə mühüm araşdırma layihələrinin dvstəkdən məhrum qalmasına səbəb olub.

"Nature" jurnalının tədqiqatı göstərdi ki, bir çox ABŞ alimləri ölkəni tərk etməyi düşünür; Aspirant tədqiqatçılar (79%) və doktorantlar (75%) büdcə qeyri-müəyyənliklərindən xüsusilə ciddi şəkildə təsirlənir.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us