Rusiya Hərbi Hava Qüvvələrinin Xarkov şəhərinə endirdiyi hava zərbəsi nəticəsində bir nəfər həlak olub, 40-dan çox adam yaralanıb. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib. O, uşaqlar üçün dəmir yolu mövzulu parkın yaxınlığında mülki infrastrukturun vurulduğu bu hadisəni “terror hücumu” adlandırıb.
“Biz bunu görməməzliyə vura bilmərik. Göz yummaq mümkün deyil. Bu, oyun deyil”, - deyə Zelenski iyunun 7-də “Telegram”da paylaşım edib.
Ukrayna prezidenti yazıb: “Hər gün insanlarımızı itiririk, çünki Rusiya cəzasız qalır. Rusiya ordusu Ukraynaya ölüm və dağıntı gətirir, sülh danışıqları niyyətində deyil. Müharibəni davam etdirən ruslar bütün sülh təkliflərini rədd edir. Beynəlxalq ictimaiyyəti Rusiyanı daha çox təzyiq göstərməyə çağırırıq. Moskva əvvəllər yalnız xarici təzyiq nəticəsində danışıqlar masasına oturub”.
V.Zelenski həmçinin cəbhə xəttindəki vəziyyəti müzakirə etmək üçün hərbi rəsmilərlə görüşdüyünü bildirib. O əlavə edib ki, Ukrayna qüvvələri bir Rusiya Su-35 qırıcı təyyarəsini vurub və son günlər üç Rusiya “İskander” raket sistemini məhv edib.