D. Tramp “Truth Social” platformasında paylaşdığı açıqlamada Federal Ehtiyat Sisteminin (FED) sədri C. Paueli xüsusilə faiz dərəcələrini azaltmaqda gecikdiyi səbəbilə tənqid edәrәk onun dərhal istefa verməli olduğunu vurğulayıb.
Qeyd edәk ki, Amerika prezidenti D.Tramp ABŞ Federal Mənzil Maliyyələşdirmə Agentliyinin direktoru Uilyam Pultenin FED sədri C.Pauel haqqında araşdırma aparmağa çağırıb. U.Pulte FED sәdri C.Pauelin siyasi qərəzlilik və Senat dinləmələrində verdiyi ifadələr səbəbilə Konqre tərəfindən araşdırılmalı olduğunu bildirib. O, FED-in baş ofisinin 2,5 milyard dollar dəyərində olan yenidənqurma layihəsinin xarakteri və maliyyə detalları ilə bağlı C.Pauelin yalan danışdığını irəli sürərək, bunu açıq-aşkar səlahiyyətdən sui-istifadə kimi qiymətləndirib.
Xatırladaq ki, D.Tramp prezidentliyinin ilk dövründə C.Paueli FED rəhbərliyinə namizəd göstərmişdi. Daha sonra ABŞ-ın sabiq prezidenti olan Co Bayden dә onu ikinci müddət üçün yenidən bu vəzifəyə namizəd irəli sürmüşdü.