SİYASƏT
1 dəqiqə oxuma
Fələstin tərəfdarları İsrail səfirini universitet kampusundan qovub
İsrailin Seneqaldakı səfiri Yuval Vaks universitetdə keçirilməsi planlaşdırılan konfransdan əvvəl Fələstin tərəfdarı tələbələrin etirazı səbəbindən çıxış etmədən kampusu tərk edib
Fələstin tərəfdarları İsrail səfirini universitet kampusundan qovub
/ Others
28 may 2025 г.

Sosial mediada yayılan görüntülərə əsasən, Fələstin lehinə şüarlar səsləndirən tələbələrin etirazı nəticəsində, İsrailin Seneqaldakı səfiri Yuval Vaks mayın 27-də paytaxt Dakarda yerləşən universitet kampusundan ayrılmağa məcbur qalıb.

Qeyd edək ki, Y. Vaks ölkənin ən iri və nüfuzlu ali təhsil müəssisəsi olan Şeyx Anta Diop Universitetində keçiriləcək konfransda çıxış etmək üçün dəvət olunmuşdu. Lakin o kampusa çatdıqda, onlarca tələbə “Azad Fələstin!”, “Azad Qəzza!” və “İsrail müharibə cinayətkarıdır!” kimi şüarlar səsləndirib.

İnternetdə yayılan videolarda tələbələrin Fələstin bayraqları dalğalandırdığı, İsrailin bu ölkəyə yeni təyin etdiyi səfiri fitə basdığı və onun çıxış etməsinə imkan vermədiyi görünür.

Hadisə nəticəsində səfir təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə ərazidən uzaqlaşıb. Etirazçılar isə bu müddət ərzində şüar səsləndirməyə və bayraq dalğalandırmağa davam ediblər.

Xatırladaq ki, İsrail nümyəndəsi Yuval Vaks həmçinin İsrailin Qambiya, Qvineya, Qvineya-Bisau, Kabo-Verde və Çadda qeyri-rezident səfiridir. O, mayın 8-də Seneqal Respublikası prezidenti Bassirou Diomaye Fayeyə etimadnaməsini təqdim edib.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us