Prezident Donald Tramp çinli həmkarı Si Cinpinqin nadir torpaq mineralları və maqnitlərin ABŞ-a qaytarılmasına razılıq verdiyini təsdiqləyib və bu, istehsalın dayandırılmasından qorxan Amerika avtomobil təchizatçıları tərəfindən alqışlanıb. Tramp bildirib ki, yüksək səviyyəli nümayəndə heyətləri iyunun 9-da Londonda görüşəcək. ABŞ prezidentinin açıqlaması “pozulmuş tariflər atəşkəsi” ilə bağlı dayanmış danışıqlar və qarşılıqlı ittihamlar fonunda liderlər arasında "çox müsbət" adlandırılan 90 dəqiqəlik telefon danışığından bir gün sonra gəlib.
ABŞ tərəfdən görüşdə Xəzinədarlıq katibi Skot Bessent, Ticarət katibi Hovard Lutnik və ABŞ-ın Ticarət nümayəndəsi Ceymison Qrir iştirak edəcək.
D.Tramp görüşün müsbət keçəcəyinə inandığını bildirib.