SİYASƏT
1 dəqiqə oxuma
"Nə bilmək olar, bəlkə bir gün prezident olaram", D.C.Tramp
Doha forumunda atasının yerinə prezidentliyə namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı sual verildikdə o, əvvəlcə gülümsəyib, sonra bunun mümkün ola biləcəyinə işarə edib
"Nə bilmək olar, bəlkə bir gün prezident olaram", D.C.Tramp
Donald Trump Jr reversed earlier denials about entering a presidential race. / Reuters
6 saat əvvəl

  ABŞ prezidenti Donald Trampın böyük oğlu Con mayın 21-də əvvəllər Ağ Evə namizədliyini düşünmədiyini bildirməsinə baxmayaraq, "Bəlkə bir gün prezident ola bilərəm” deyib.

  Doha forumunda atasının yerinə prezidentliyə namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı sual verildikdə o, əvvəlcə gülümsəyib, sonra bunun mümkün ola biləcəyinə işarə edib. "Bu sualın verilməsi bir şərəfdir. İnsanların bunu qəbul etməsi isə başqa şərəfdir," – deyə Donald Con Tramp “Bloomberg” Qətər İqtisadi Forumundakı panel müzakirəsi söyləyib, hətta bəzi iştirakçılar alqışlayıb.

  47 yaşlı Donald Con Tramp ailəsinin lüks daşınmaz əmlak şirkəti olan “Trump Organization”un icraçı vitse-prezidentidir və atasının siyasi xəttinin sadiq tərəfdarıdır.

  Mart ayında sol meylli “Mediate” vebsaytı Conun 2028-ci ildə prezidentliyə namizədliyini ciddi şəkildə düşündüyünü bildirmişdi, lakin o zaman bunu özü inkar etmişdi. Lakin mayın 21-də bunu etiraf etmiş kimi oldu, "Bilmirəm, bəlkə bir gün ola bilər” dedi “Bloomberg”in forumunda.

  Donald Con (Don) Tramp bildirib: "Düşünürəm ki, atam Respublikaçılar Partiyasını həqiqətən dəyişdi. Məncə, bu, artıq Amerikanın birinci partiyasıdır".

  “Trump Organization”ı Donald Trampın 2016-cı ildə ABŞ prezidenti seçki qələbəsindən sonra onun iki böyük oğlu Don və Erik idarə edir. O, yaratdığı şirkətdə artıq icraçı vəzifə daşımasa da, ailə biznesindəki payını bir etibar fondu vasitəsilə saxlayır.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us