Fələstin dövlət başçısı Mahmud Abbas ABŞ prezidenti Donald Tramp ilə İsraillə hərtərəfli sülh razılaşmasına nail olmaq üçün əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Bu barədə rəsmi Fələstin xəbər agentliyi “Wafa” məlumat yayıb.
Amerika prezidentinə 25 iyunda göndərdiyi məktubda Fələstin dövlət başçısı yazıb: "İsrail və İran arasında atəşkəsə nail olmaqda uğurlu səylərinizə görə dərin minnətdarlığımızı ifadə edirik. Bu atəşkəs dünyanı bürüyən böhranları azaltmaq üçün zəruri, vacib bir addım idi və regionun təhlükəsizliyi və sabitliyinə müsbət təsir göstərəcək.
Qəzzada da atəşkəs fələstinlilər, israillilər və bütün dünya üçün ədalətli və hərtərəfli sülhə nail olmaq adına Trampın mühüm səylərinin əlavə bir addımı olacaq.
Biz ABŞ, Səudiyyə Ərəbistanı və ümumiyyətlə, beynəlxalq ictimaiyyətlə əməkdaşlıq etməyə hazırıq.
Sülh vədini yerinə yetirmək hər kəs üçün təhlükəsizlik və sabitliyə nail olmaq deməkdir. Sizinlə birlikdə qeyri-mümkün görünənə nail ola bilərik, həm azad, suveren və təhlükəsiz bir Fələstin, həm də təhlükəsiz İsrail, nəticədə sülh, rifah və inteqrasiya içində yaşayan bir region”.
Xatırladaq ki, bir bölgədə iki ölkə arasında 12 günlük hava döyüşlərindən sonra Donald Tramp iyunun 16-da İsrail və İran arasında münaqişəni dayandırmaq üçün atəşkəs elan edib.