SİYASƏT
1 dəqiqə oxuma
Rafael Qrossi: ''Nüvə silahının yayılmaması rejimi iflasa uğramaq təhlükəsi ilə üz-üzədir''
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi bildirib ki, diplomatiya olmadan zorakılıq riski daha da arta bilər
Rafael Qrossi: ''Nüvə silahının yayılmaması rejimi iflasa uğramaq təhlükəsi ilə üz-üzədir''
/ AFP
7 saat əvvəl

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Mariano Qrossi bildirib ki, yarım əsrdən artıqdır beynəlxalq təhlükəsizliyin əsasını təşkil edən nüvə silahının yayılmaması rejimi iflas riski ilə üz-üzədir.

ABŞ-ın İrandakı nüvə obyektlərinə hücumundan sonra keçirilən BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edən R.Qrossi deyib: “İranda baş verən dramatik hadisələr, o cümlədən ötən gecə yaşanan partlayışlar və münaqişənin daha da genişlənmə potensialı vəziyyəti daha da ciddiləşdirib”.

O, dialoqa və diplomatiyaya qayıtmaq üçün hələ də bir fürsət pəncərəsinin mövcud olduğunu vurğulayıb. “Əgər bu pəncərə bağlanarsa, zorakılıq və dağıntılar ağlasığmaz səviyyələrə çata bilər və nəticədə, mövcud nüvə silahının yayılmaması rejimi tamamilə iflasa uğraya bilər”,-deyə Rafael Qrossi qeyd edib.

Qrossi həmçinin deyib: “Biz danışıqlar masasına qayıtmalı və BAEA müfəttişlərinə İranın nüvə obyektələrinə daxil olmağa, xüsusilə də 60%-ə qədər zənginləşdirilmiş 400 kiloqramlıq uran ehtiyatını yoxlamağa icazə verilməlidir”.

ABŞ Prezidenti Donald Tramp bazar günü bəyan edib ki, Amerika qüvvələri İranın “Fordo”, “Natanz” və İsfahandakı nüvə obyektlərini bombalayıb.

Bu hücumlar 13 iyundan bəri İsrailin ABŞ-ın dəstəyi ilə İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlardan sonra bölgədə gərginliyi daha da artırıb. Cavab olaraq Tehran da İsrailə qarşı hücumlara başlayıb.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us