Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ölkəsinin Birləşmiş Ştatlarla “qarşılıqlı hörmət, etimad və ümumi maraqlar əsasında” əlaqələr qurmağa hazır olduğunu bildirib.
Suriyanın XİN rəhbəri deyib: "ABŞ prezidenti Donald Trampın Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarı çox mühüm dönüş nöqtəsidir".
Nazir Əsəd Həsən Şeybani SANA-ya verdiyi açıqlamada deyib: “Biz prezident Donald Trampın Əsəd rejiminin törətdiyi hərbi cinayətlərə cavab olaraq Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı son şərhini alqışlayırıq.
Tramp “tarixi sülh sazişi və Suriyada ABŞ-ın maraqları üçün real qələbə qazandırmaq potensialına malikdir” və “artıq Suriya xalqı üçün müharibə cinayətkarlarının qırmızı xətləri keçməsinə və qırğınlar törətməsinə icazə verən sələflərindən daha çox şey edib”.
Daha əvvəl Ər-Riyadda Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və digər region liderləri ilə məsləhətləşmələrdən sonra ABŞ-ın Suriyaya qarşı “qəddar və sarsıdıcı” sanksiyalarının ləğvi barədə göstəriş verəcəyini bildirmişdi.
“Suriyadakı vəziyyəti vəliəhd şahzadə ilə, mənə zəng edib çox oxşar bir şey istəyən Türkiyə prezidenti Ərdoğan, digər dostlarımla və Yaxın Şərqdə çox hörmət etdiyim insanlarla müzakirə etdikdən sonra bu ölkəyə qarşı sanksiyaların ləğv edilməsi üçün təlimat verəcəyəm", -deyə Tramp mayın 13-də Riyada keçirilən investisiya forumunda deyib.
Tramp mayın 12-də Ər-Riyadda keçirilən Səudiyyə-ABŞ İnvestisiya Forumu zamanı ABŞ-ın Suriyaya tətbiq etdiyi “qəddar və şikəstedici” sanksiyaların ləğv ediləcəyini və ölkəyə inkişaf etməsi üçün imkan veriləcəyini bildirib.
Trampın açıqlaması paytaxt Dəməşq də daxil olmaqla bir çox şəhərdə suriyalılar arasında küçə şənliklərilə qeyd olunub.
Bu arada Suriya prezidenti Əhməd Şaraa Trampla mümkün görüşündən bir gün əvvəl Ər-Riyada gəlib.
Tramp Roma Papası Fransiskin dəfn mərasimi üçün İtaliyaya qısa səfərindən sonra, ikinci müddətinin ilk böyük beynəlxalq səfəri olan Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfərlə davam edəcək Körfəz turuna başlayıb.
Suriyanın yeni administrasiyası devrilmiş lider Bəşər Əsədin qoyduğu mirası aradan qaldırmaq üçün ölkəyə kömək etmək barədə hərtərəfli beynəlxalq və regional dəstəyə çağırır.
Rejimin devrilməsindən sonra keçid hökuməti ABŞ və Avropa İttifaqının mövcud sanksiyalarının yenidənqurma səylərinə mane olduğunu vurğulayıb.
ABŞ və Aİ əvvəllər müəyyən sektorlar üzrə bəzi sanksiyaları yumşaltsalar da, bu, 2011-ci ildən bəri ilk əhatəli geri çəkilmə olacaq.
Suriyanı 25 ilə yaxın idarə edən Əsəd dekabrda Rusiyaya qaçdı və BAAS Partiyasının 1963-cü ildə başlayan onilliklər sürən hakimiyyətinə son qoydu.