TÜRKİYƏ
1 dəqiqə oxuma
Ərdoğan, Əliyev və Şərif Laçın Beynəlxalq Hava Limanının açılışını edəcəklər
Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın 2020-ci ildə Ermənistanla müharibə zamanı geri qaytardığı ərazilərdə tikəcəyi üçüncü hava limanı olacaq
Ərdoğan, Əliyev və Şərif Laçın Beynəlxalq Hava Limanının açılışını edəcəklər
The Fuzuli International Airport was opened on October 26, 2021 with the participation of Erdogan and Aliyev. / AA
27 may 2025 г.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şərif mayın 27-də Laçın Beynəlxalq Hava Limanının açılışını edəcəklər.

Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın 2020-ci ildə Ermənistanla müharibə zamanı azad etdiyi ərazilərdə inşa olunan üçüncü hava limanıdır. Dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən hava limanı dağlıq ərazidə qayaların oyulması və sahənin düzəldilməsi ilə tikilib.

Azərbaycanda ən hündür yüksəklikdə yerləşən hava limanının tikintisinə 2021-ci ildə başlanılıb. Liman Laçın şəhər mərkəzindən 30, Şuşadan 70 və Kəlbəcərdən 60 kilometr məsafədə yerləşir. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Terminal binası saatda 200 sərnişinə xidmət edə bilir.

Qarabağda üçüncü beynəlxalq hava limanı

Azərbaycanın Baş naziri Əli Əsədov tərəfindən 26 may tarixində imzalanmış fərmanla Laçın Hava Limanına beynəlxalq hava limanı statusu verilmişdib. Bu status haqqında məlumat beynəlxalq təşkilatlara da çatdırılıb. Beləliklə, Azərbaycanda beynəlxalq hava limanlarının sayı doqquza çatıb.

Azərbaycanın azad etdiyi bölgələrdə inşa edilən ilk hava limanı olan Füzuli Beynəlxalq Hava Limanı 26 oktyabr 2021, Zəngilan Beynəlxalq Hava Limanı isə 20 oktyabr 2022-ci ildə R.T.Ərdoğan və İ.Əliyevin iştirakı ilə açılıb.

MƏNBƏ:trt global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us