Rusiya prezidenti Vladimir Putin “Sky News Arabia” telekanalına verdiyi müsahibədə rәsmi Moskvanın İran da daxil olmaqla, kütləvi qırğın silahlarının yayılmasına qarşı prinsipial mövqeyini bir daha xatırladıb. O, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İranın nüvə silahı hazırladığına dair heç bir dəlil tapmadığını qeyd edib.
Mәsәlә ilә bağlı İranın rəsmi mövqeyinin əsas sütunlarından birinin dini hökm olduğunu xatırladan V.Putin deyib: "İranda nüvə silahlarının haram olduğunu elan edən fətva var. Bu olduqca önəmlidir".
Hәmçinin Rusiya prezidenti V.Putin əlavə edib ki, Rusiya İranın dinc məqsədlərlə nüvə proqramını inkişaf etdirməsinə yardım göstərməyə hazırdır.
Xatırladaq ki, iyunun 13-dә İsrailin İran ərazisindəki hərbi və nüvə obyektləri də daxil olmaqla, bir sıra hədəflərə hava zərbələri endirməsi ilə bölgədə gərginlik daha da artıb. Bu hücumlara cavab olaraq İran öz növbәsindә zərbələr həyata keçirilib.
İsrail rəsmilərinə görə, həmin tarixdən bəri İranın raket hücumları nəticəsində tәxminәn 25 nəfər həlak olub, yüzlərlə insan isə yaralanıb.
İran mətbuatı isə İsrailin hücumlarında indiyədək 639 nəfərin öldüyünü, 1300-dən çox insanın yaralandığını açıqlayıb.