SİYASƏT
1 dəqiqə oxuma
Balidə sәrnişin bərəsi batıb, onlarla insan itkin düşüb
65 sərnişinlə hərəkət edən bərənin batması nəticəsində tәxminәn 4 adam ölüb, 38 nəfərin axtarışı davam edir
Balidə sәrnişin bərəsi batıb, onlarla insan itkin düşüb
/ AP
5 saat əvvəl

İndoneziyanın Bali adasına doğru hərəkət edən sәrnişin bərəsinin batması nəticəsində tәxminәn dörd nəfər həyatını itirib, 38-i isə itkin düşüb. Batan sәrnişin bərəsində ümumilikdə 65 adam olub.

Rəsmi məlumatlara görə, sәrnişin bərəsi iyulun 2-dә Balidә gecə yarısı batıb. Hadisə ilə bağlı məlumat verən Şərqi Yava əyalətinin axtarış-xilasetmə İdarəsi bildirib ki, indiyədək 23 nəfər xilas edilib.

Xilasetmə işləri davam etsə də, güclü küləklər, hündür dalğalar və şiddətli axınlar səbəbilə əməliyyatlar ləngiyir.

Qeyd edәk ki, sәrnişin bərəsi İndoneziyanın Şərqi Yava bölgəsində yerləşən Ketapanq limanından, Bali adasındakı Qilimanuk limanına doğru yola çıxmışdı.

İndoneziya Nazirlər Kabineti Katibliyinin rəsmisi Tedi İndra açıqlamasında bildirib ki, hazırda Səudiyyə Ərəbistanında səfərdə olan prezident Prabovo Subianto hadisə ilə bağlı dərhal təcili müdaxilə əməliyyatına başlanması barədə göstəriş verib.

Qəzanın səbəbi kimi pis hava şəraiti göstərilib.

MƏNBƏ:TRT Global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us