TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə meşə yanğınlarına qarşı genişmiqyaslı mübarizə aparır
Yay fəslinin başlanması ilə Türkiyədə meşə yanğınlarının sayı kəskin artıb
Türkiyə meşə yanğınlarına qarşı genişmiqyaslı mübarizə aparır
Efforts continue to extinguish wildfires in Türkiye. / AA
1 iyul 2025 г.

Rəsmi məlumatlara görə, 1 iyun tarixindən etibarən ölkə üzrə ümumilikdə 1516 yanğın qeydə alınıb. Prezident Rəcəb Tayyib Ərdoğan “X” sosial media platformasında paylaşdığı açıqlamada deyib: "İndiyədək 1507 yanğın nəzarət altına alınıb. Təyyarə və helikopterlər ümumilikdə 10260 uçuş həyata keçirərək 33200 ton su töküblər."

Bundan başqa prezident R.T.Ərdoğan qeyd edib ki, yanğınsöndürmə əməliyyatlarında 27 təyyarə, 105 helikopter və 14 pilotsuz uçuş aparatından ibarət geniş hava donanması ilә fasiləsiz işlәr aparılır. Onun sözlərinə görə, bu əməliyyatlara 6000-dək su daşıyan xüsusi texnika və ilk müdaxilə maşını ilə yanaşı, 25000 meşə işçisi cəlb olunub.

Türkiyə prezidenti həmçinin yanğınların törədilməsində məsuliyyəti olduğu müəyyən edilən 31 nəfərin saxlanıldığını, onlardan 10-nun həbs edildiyini, daha 10 adamın isə məhkəmə nəzarəti altında sərbəst buraxıldığını açıqlayıb.

Meşə yanğınlarından zərər çəkmiş vətəndaşlara həmrəylik mesajı ünvanlayan prezident R.T.Ərdoğan bu yanğınların demək olar ki, hamısının insan faktorundan qaynaqlandığını vurğulayıb.

“Dövlətimiz bütün tədbirləri görür, lakin əsas məsələ yanğına səbəb olmamaqdır”, – deyə ölkә başçısı bildirib.

Qarşıdakı iki ay ərzində isә vətəndaşları maksimal dərəcədə diqqətli olmağa vә “yaşıl vətən”i birlikdə qorumağa çağırıb.

MƏNBƏ:TRT Global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us