SİYASƏT
2 dəqiqə oxuma
Böyük Britaniya NATO-nun nüvə qalxanını gücləndirmәk üçün “F-35A” təyyarələri alacaq
Bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer məlumat verib
Böyük Britaniya NATO-nun nüvə qalxanını gücləndirmәk üçün “F-35A” təyyarələri alacaq
UK to acquire 12 nuclear-capable F-35A jets / Reuters
bir gün əvvəl

Böyük Britaniya nüvə başlıqları daşımaq qabiliyyətinə malik ən azı 12 ədəd “F-35A” tipli hərbi təyyarə almağı və NATO-nun hava vasitəsilə həyata keçirilən nüvə missiyasına qoşulmağı planlaşdırır. Bu qərar Böyük Britaniyanın Baş naziri Kir Starmerin Avro-Atlantik təhlükəsizliyini gücləndirməyə yönəlmiş təşəbbüslərinin bir hissəsi kimi qiymətləndirilir.

Rəsmi mənbələrin məlumatına әsasәn, Baş nazir Kir Starmerin NATO sammitində bu barədə açıqlama verәcәyi və üzv dövlətləri Alyansa sadiqliklərini daha da artırmağa çağıracağı gözlәnilir.

"F-35A” təyyarələri həm adi silahlarla, həm də lazım gəldikdə ABŞ istehsalı olan nüvə bombaları ilə təchiz oluna bilir. Beşinci nəsil bu qırıcılar əsasən ABŞ-ın "Lockheed Martin" şirkəti tərəfindən istehsal olunur və dünyanın ən qabaqcıl döyüş təyyarələri sırasına daxildir.

Baş nazir K. Starmer bu qərarı belə şərh edib:“Bu təhlükəli və qeyri-müəyyən dövrdə sülhü artıq zəmanət olaraq qəbul etməməliyik. Məhz buna görə də hökumətim milli təhlükəsizliyimizə sərmayə yatırır. Birləşmiş Krallığın NATO-ya sarsılmaz sədaqəti var – necə ki, Alyans da ölkəmizin təhlükəsizliyinə mühüm töhfə verir. Lakin Avro-Atlantik məkanını gələcək nəsillər üçün qorumaq istəyiriksə, hamımız daha çox səy göstərməliyik.”

Baş nazir həmçinin bildirib ki, bu qərar 100-dən artıq müəssisəyə və ölkə üzrə 20000 iş yerinin qorunmasına töhfə verəcək. Kir Starmer hәmçinin bu mərhələni ölkәnin Hərbi Hava Qüvvələri üçün yeni bir dövr kimi qiymətləndirib.

NATO-nun Baş katibi Mark Rutte isə bildirib ki,  Baş nazir Kir Starmerin bu açıqlaması Böyük Britaniyanın NATO-ya verdiyi növbәti töhfəsidir.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us