İki şirkət arasında 50/50 ortaq payla qurulan "LBA Systems" PUA-ların dizaynı, inkişafı, istehsalı və texniki xidmətini öz üzərinə götürəcək.
İtalyan müdafiə nəhəngi "Leonardo" şirkətinin sədri Stefano Pontekorvo yaxın zamanda verdiyi müsahibədə Türkiyənin müdafiə şirkəti "Baykar" ilə qurduqları ortaq müəssisə sayəsində pilotsuz uçuş aparatları (PUA) sistemlərində lider mövqeyə yüksəlməyi hədəflədiklərini söyləyib.
Pontekorvo Paris-Le Bourget Hava Limanında təşkil edilən 55-ci Paris Hava Sərgisində "TRT World" telekanalına verdiyi müsahibədə deyib:""Baykar" şirkəti tərəfindən seçildiyimiz üçün çox qürur duyuruq... Bizim seçimimiz də "Baykar" oldu. Böyük bir şirkətdir, bəlkə də dünyanın ən yaxşısıdır".
İki şirkət arasında 50/50 ortaq payla qurulan "LBA Systems" pilotsuz uçuş aparatlarının (PUA) dizaynı, inkişafı, istehsalı və texniki xidmətini öz üzərinə götürəcək.
O, "Biz bu tərəfdaşlığa o qədər sadiqik ki, tariximizdə ilk dəfə başqa bir şirkətlə ortaq stend qurduq və o şirkət "Baykar" oldu" deyib.
"Leonardo" şirkətinin başçısı əlavə edib ki, PUA sahəsində lider bir şirkət olmağı hədəfləyirik və bunu "Baykar" ilə birlikdə bu təməl üzərində quracağıq. Avropa və qlobal bazarlar üçün qeyri-adi bir məhsul hazırlayacağıq".
Pontekorvo onu da deyib ki, birgə müəssisədə "Akıncı TB3" və TB2, həmçinin "Leonardo"nun öz PUA-ları olacaq.
Ortaq müəssisə sabit platformaya sahib olacaq və "Leonardo" bu mövzuda "maksimum töhfə verəcək". Bir çox türk şirkətləri ilə işləyirik və "Baykar" ilə işləməkdən böyük qürur duyuruq. "Baykar" da bizim kimi texnologiya, araşdırma və inkişafla çox maraqlanan bir şirkətdir. Ona görə də birlikdə böyük işlər görə bilərik və bu, Avropanın müdafiəsinə çox mühüm töhfə verəcək.
Texnologiya çox sürətlə inkişaf edir, buna görə də üç və ya dörd pilotsuz uçuş aparatı ilə başlamaq üçün sabit platforma işə addım atdıq.