Zohran Mamdani - 33 yaşlı demokrat sosialist Nyu-York valiliyi seçkilərində liderlik edir və əgər seçilərsə, şəhərin ilk müsəlman meri olacaq. Onun əsas rəqibi - keçmiş Nyu-York qubernatoru Endryu Kuomo artıq məğlubiyyətini qəbul edib və deyib: “O, qalib gəlir.”
Əksər siyasi analitiklər ilkin seçkilərin heç bir namizədin əksəriyyət səsi qazanmayacağını, reytinqli seçim sistemlə həll olunacağını gözləyirdi.
“Daha yaxşı və əlçatan bir gələcək baxışımızdan ilhamlanan seçicilər beş rayonun hamısında rekord sayda iştirak etdilər. Biz onlara sonsuz minnətdarıq”, - deyə Mamdaninin seçki kampaniyasının meneceri Elle Bisqaard-Çörç (Bisgaard-Church) bildirib.
Queens Assambleyasının üzvü olan Zohran Mamdani əvvəllər az tanınan bir siyasətçi idi. Gənclərin dəstəyi və sosial media kampaniyası ilə siyasi quruluşu təəccübləndirdi. Onun çıxışı artıq beş rayondan kənarda da öz təsirini göstərir: cəsarətli platforması və açıq şəkildə solçu mövqeyi milli müzakirələrə səbəb olub. Bəziləri onun məhdud təcrübəsi, polis və mənzil siyasəti, eləcə də İsrailə qarşı mövqeyi ilə bağlı tənqidlər səsləndirir.
Nyu-York şəhər meri seçkiləri 2025-ci ilin 4 noyabrında keçiriləcək və burada Sliva, Demokratik namizəd Mamdani və ikinci müddətə müstəqil olaraq namizədliyini irəli sürən hazırkı mer Erik Adams arasında mübarizə gedəcək.