TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyənin “AJet” aviaşirkəti İstanbul–Dәmәşq marşrutu üzrə ilk uçuşunu həyata keçirib
İstanbul–Dәmәşq aviareyslərinə başlayan “AJet” yaxın günlərdə Ankara–Dәmәşq xəttini də istifadəyə verəcək
Türkiyənin “AJet” aviaşirkəti İstanbul–Dәmәşq marşrutu üzrə ilk uçuşunu həyata keçirib
/ AA
17 saat əvvəl

B.Əsəd rejimi sonrası dövrdə İstanbul Sabiha Gökçən beynəlxalq hava limanından Suriyanın paytaxtı Dәmәşqә ilk birbaşa uçuş reallaşıb.

“AJet” aviaşirkətinin yaydığı məlumata əsasən, Yaxın Şərqin mühüm mərkəzlərindən biri olan Dәmәşqә İstanbul Sabiha Gökçən hava limanından gündəlik gediş-dönüş reysləri başlanıb.

Bununla da “AJet” 13 ildən sonra İstanbul Sabiha Gökçən hava limanından Dәmәşqә uçuş həyata keçirən ilk hava yolu şirkəti olub.

Təxminən iki saat davam edən uçuşun ardından sərnişinlər Dәmәşq beynəlxalq hava limanında xüsusi mərasimlə qarşılanıb.

“AJet”in baş direktoru Kerem Sarp Dәmәşqdә keçirilən qarşılanma mərasimində çıxış edərək bildirib ki, “Türkiyә Hava Yolları”nın ardından 13 il sonra Türkiyədən Dәmәşqә reys təşkil edən ilk hava yolu şirkəti olmaqdan qürur duyurlar.

Kerem Sarp çıxışında deyib: “Bu gün İstanbuldan Dәmәşqә ilk reysimizi həyata keçirdik. 4 iyul tarixindә isə Ankaradan Dәmәşqә ilk birbaşa uçuşumuzu reallaşdıracağıq. Artıq hava yolu şirkәtimiz İstanbuldan hər gün, həftənin üç günü isə Ankaradan Dәmәşq beynəlxalq hava limanına qarşılıqlı reyslərimiz olacaq.”

K.Sarp çıxışında hәmçinin vurğulayıb ki, Suriyadakı yeni dövr və bölgədə sülh və sabitliyə yönəlik müsbət inkişaflar bu yeni marşrutun əhəmiyyətini bir daha ortaya qoyur. O, həmçinin qeyd edib ki, Yaxın Şərqin qədim şəhərlərindən biri olan Dәmәşqә birbaşa uçuşlar Suriyanın bərpa prosesində humanitar və ticari əlaqələrin dirçəlməsinə və qardaşlığın möhkəmlənməsinə töhfə verəcək.

Sonda Kerem Sarp bildirib ki, “AJet” hal-hazırda 34 ölkədə ümumilikdə 59 məntəqəyə uçuşlar həyata keçirir və Dәmәşq reyslərinin əlavə olunması ilə şirkət Avropa, Yaxın Şərq, Orta Asiya və Şimali Afrikada böyümə hədəflərini davam etdirməkdə qərarlıdır.

MƏNBƏ:TRT Global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us