TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyə İsrailin mediaya qarşı hücumlarını qınadı
Türkiyənin yüksək səviyyəli rəsmilərindən biri İsrailin İran dövlət televiziyasına hücumunu pisləyib...
Türkiyə İsrailin mediaya qarşı hücumlarını qınadı
Fahrettin Altun / AA
5 saat əvvəl

Türkiyənin yüksək səviyyəli rəsmilərindən biri İsrailin İran dövlət televiziyasına hücumunu pisləyib, eyni zamanda İsrail polisinin Hayfada "TRT Arabi" kanalının canlı yayımını dayandırması və TRT ilə "Alghad TV" komandalarına qarşı gücdən istifadə etməsini tənqid edib.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun İsraili media mənsublarını hədəf alan son hərəkətlərinə görə şiddətlə qınayıb, hücumları “barbarlıq” və “mətbuat azadlığına qarşı alçaqlıq” kimi qiymətləndirib.

Fahrettin Altun iyunun 17-də verdiyi açıqlamada jurnalistlərin və mülki vətəndaşların həlak olduğu bildirilən İran dövlət televiziyasına qarşı İsrailin hücumunu qınayıb.

F.Altun "X" platformasındakı paylaşımında "İsrailin mətbuat mənsublarını və mülki insanları hədəf alaraq İran Radio və Televiziya İdarəsinə hücumu açıq-aşkar qırğındır. Jurnalistlərə və media mənsublarına hücum vəhşilikdir" ifadələrindən istifadə edib.

F.Altun həyatını itirən iranlı jurnalistlər üçün başsağlığı verib, İsrail hökumətini beynəlxalq normaları dəfələrlə pozduğuna görə dövlət olmaq xüsusiyyətini itirməkdə ittiham edib.

Altun paylaşımında deyib: “Beynəlxalq ictimaiyyəti İsrailin təcavüzü və bölgəni oda salan ehtiyatsızlığına qarşı hərəkətə keçməyə çağırırıq" .

“Qeyri-qanuni hərəkətlər”

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun ayrıca açıqlamasında İsrail polisinin Hayfa şəhərində "TRT Arabi" kanalının müxbiri Fehmi Şteve və komandasının canlı yayımına mane olmasını da pisləyib. O, komandanın avadanlıqlarının ələ keçirildiyini, həm "TRT Arabi", həm də Misirin "Alghad" telekanalının jurnalistlərinin zorakılığa məruz qaldığını bildirib.

Altun onu da deyib ki, İsrail rəhbərliyi təəssüf ki, törətdiyi qətliamlarla bağlı bütün bəşəriyyətə səslənən media mənsublarına və jurnalistlərə qarşı qanunsuz hərəkətlərini davam etdirir. Bu, çılğınlığın son təzahürüdür.

Qərbin susqunluğunu da tənqid edən Altun tez-tez demokratik dəyərləri müdafiə edən beynəlxalq qurumların heç bir reaksiya vermədiyini vurğulayaraq deyib: “Bu və buna bənzər pozuntulara görə günahkar İsrail olduğu halda heç bir norma və dəyərə əhəmiyyət verməyən, bütün bunlara məhəl qoymayan Qərb və onun “demokratik” qurumlarının susmasını dünya ictimaiyyətinin təqdirinə buraxırıq.

Türkiyənin mətbuat azadlığını və media işçilərinin hüquqlarını müdafiə etmək əzmindəyib. İfadə azadlığını, məlumat azadlığını və media mənsublarının hüquqlarını hər zaman izləməyə və dəstəkləməyə davam edəcəyik”.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us