SİYASƏT
2 dəqiqə oxuma
"Snapback” mexanizminin sui-istifadəsi gərginliyi geri dönməz edə bilər
Türkiyənin İstanbul şəhərində İran və Avropa rəsmiləri nüvə proqramı və gərginliyin daha da artmasının qarşısını almaq yollarını müzakirə etdi
"Snapback” mexanizminin sui-istifadəsi gərginliyi geri dönməz edə bilər
Iran remains concerned that European parties to the 2015 nuclear deal may trigger the “snapback” mechanism, restoring lifted UN sanctions. / Photo: AA
8 saat əvvəl

  Türkiyənin İstanbul şəhərində İran və Avropa rəsmilərinin görüşü başa çatdı. Tədbirdə İranın nüvə proqramı və gərginliyin daha da artmasının qarşısını almaq yolları müzakirə edildi.

  16 mayda İstanbulda İran Baş Konsulluğunda İran, Böyük Britaniya, Fransa və Almaniya xarici işlər nazir müavinlərinin görüşündən sonra İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi “X” sosial şəbəkəsində məlumat verərək bildirib: “Müzakirələr əsasən İran-ABŞ danışıqları ətrafında cərəyan edib. Biz fikir mübadiləsi apardıq. Nüvə məsələsi və sanksiyaların aradan qaldırılması ilə bağlı dolayı danışıqların son vəziyyətini müzakirə etdik… İran və E3 dövlətləri - Böyük Britaniya, Fransa və Almaniya diplomatiyanı davam etdirmək və ondan ən yaxşı şəkildə istifadə etmək əzmindədir. Uyğun vaxtda yenidən görüşəcəyik.”

  Yeni görüşlə bağlı Avropa tərəfindən hələ açıqlama verilməyib.

  Mayın 2-də Romada İran və E3 arasında planlaşdırılan görüş İran-ABŞ nüvə danışıqlarının təxirə salınması səbəbindən ləğv edilmişdi.

  İran 2015-ci il Nüvə Sazişinin Avropa tərəflərinin BMT sanksiyalarını bərpa edəcək “snapback” mexanizmini işə salmasından narahatdır. Bu mexanizm 2025-ci ilin 18 oktyabrında sona çatır. Əgər bu tarixə qədər diplomatik həll yolu tapılmazsa, Avropa ölkələrinin bu mexanizmi işə salmasının nəzərdən keçirəcəyi gözlənilir.

  İranın xarici işlər naziri Abbas Əraqçı 11 may tarixində Fransanın “Le Point” qəzetində dərc olunan məqaləsində xəbərdarlıq edib ki, “Snapback” mexanizminin sui-istifadəsi gərginliyi geri dönməz şəkildə artıra və yalnız Avropanın sazişdəki rolunun sonunu deyil, həm də təhlükəli bir dönüş nöqtəsini gətirə bilər.” O, həmçinin Avropa ölkələrini İranla nüvə dialoqunu davam etdirməyə çağırıb.

MƏNBƏ:trt global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us