Ukrayna ordusu Rusiyanın genişmiqyaslı hava hücumunu dəf edərkən bir F-16 qırıcı təyyarəsini itirib. Rəsmi məlumata görə, bu, müharibənin başlanmasından bəri Ukraynanın itirdiyi üçüncü F-16 təyyarəsidir. Kiyev hökuməti hazırda neçə ədəd F-16 təyyarəsinə sahib olduğunu açıqlamasa da, bu təyyarələrin ölkənin hava müdafiə sistemində əsas rol oynadığı bildirilir.
Əlavә olaraq “RİA Novosti” xәbәr agentliyinin Rusiya Müdafiə Nazirliyinə istinadən yaydığı mәlumata görə, Rusiya tərəfi Donetsk vilayətinin şərqində yerləşən Novoukrainka kəndini ələ keçirdiyini iddia edir.
Digər tərəfdən Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Ratkliff ilə telefon danışığı apardığını açıqlayıb. S.Narışkin bildirib ki, tərəflər istənilən vaxt bir-biri ilə əlaqə saxlayaraq maraq doğuran məsələləri müzakirə etmək barədə razılığa gəliblər.
Qeyd edək ki, CIA və KQB-nin varisi sayılan SVR uzun illərdir qarşılıqlı rəqabət içindədir. Xüsusilə 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra hər iki qurum ictimaiyyət qarşısında agent cəlbetmə kampaniyalarına başlayıb.