TÜRKİYƏ
1 dəqiqə oxuma
"Türkiyə Macarıstanla bütün sahələrdə əlaqələri gücləndirmək əzmindədir", R.T.Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Macarıstanın Baş naziri Viktor Orban arasında telefon danışığı olub
"Türkiyə Macarıstanla bütün sahələrdə əlaqələri gücləndirmək əzmindədir", R.T.Ərdoğan
Erdogan expressed Türkiye’s commitment to strengthening relations with Hungary across all sectors. / Photo: AA
31 may 2025 г.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Macarıstanın Baş naziri Viktor Orban telefonda ikitərəfli əlaqələr, regional və qlobal prosesləri müzakirə ediblər. Bu barədə Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr departamenti məlumat yayıb.

Mayın 31-də baş tutan söhbət zamanı Ərdoğan Türkiyənin Macarıstanla bütün sahələrdə əlaqələri gücləndirmək əzmində olduğunu vurğulayıb. O, həmçinin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası və Birgə Məsləhətləşmə Mexanizminin qarşıdakı iclaslarının iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirəcəyini qeyd edib.

Türkiyə lideri telefon danışığı zamanı Viktor Orbana doğum günü münasibətilə təbriklərini də çatdırıb.

Qeyd edək ki, Türkiyə və Macarıstan 2013-cü ildə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması ilə əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Son illər də iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq genişlənməkdədir.

MƏNBƏ:trt global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us