İranın İsrailin hərbi əməliyyatlarına ABŞ-ın qarşı birbaşa müdaxilə edəcəyi təqdirdə sərt cavab verəcəyi barədə xəbərdarlığı qarşısında Vaşinqton hərbi mövcudluğunu yenidən yerləşdirərək, qüvvələrin mühafizəsi tədbirlərini artırır.
ABŞ ordusunun iki səlahiyyətlisinin iyunun 18-də "Reuters" agentliyinə verdiyi açıqlamada ABŞ ordusunun İrandan gələ biləcək potensial hücumdan qorunmaq üçün Yaxın Şərqdəki bir neçə bazadan təyyarə və gəmiləri nəql etdiyi bildirilib.
Bu addımlar prezident Donald Trampın dünyanı ABŞ-ın İranın nüvə və raket obyektlərini bombalamaqda İsrailə qoşulub-qoşmayacağı ilə maraqlandığı bir vaxtda atılıb. Hava hücumlarının altıncı günündə İran paytaxtından qaçışlar yaşanıb.
ABŞ-ın Qətərdəki səfirliyi də iyunun 18-də xəbərdarlıq edib ki, öz personalının Doha yaxınlığındakı səhrada yerləşən və Yaxın Şərqdəki ən böyük ABŞ hərbi obyekti olan əl-Udeyd hava bazasına girişini müvəqqəti məhdudlaşdırıb.
Səfirlik Qətərdəki şəxsi heyətə və ABŞ vətəndaşlarına “həddən artıq ehtiyatlı olmaq və regionda davam edən düşmənliklərə qarşı ayıq olmaq” barədə xəbərdarlıq edib.
Adı açıqlanmayan iki ABŞ rəsmisi təyyarə və gəmilərin nəqlinin ABŞ qüvvələrini qorumaq planlarının bir hissəsi olduğunu desələr də, nə qədər tədarükün daşındığını və ya hara daşındığını açıqlamayıb.
Bir səlahiyyətli gücləndirilmiş sığınacaqlarda olmayan təyyarələrin Əl-Udeid bazasından, gəmilərin isə Bəhreyndəki hərbçilərin 5-ci Donanmasının yerləşdiyi limandan nəql edildiyini söyləyib.
Rəsmi bunun qeyri-adi bir təcrübə olmadığını deyib və əlavə edib ki, güc mühafizəsi prioritetdir.
ABŞ hərbi dəniz qüvvələri Yaxın Şərqə doğru hərəkət edir
"Reuters" bu həftə ərzində bir neçə tanker təyyarəsinin Avropaya hərəkət etdiyini və əlavə döyüş təyyarələri də daxil olmaqla digər hərbi vasitələrin Yaxın Şərqə doğru hərəkət etdiyini bildirib.
Hind-Sakit Okean bölgəsində yerləşən təyyarədaşıyan gəmi də Yaxın Şərqə tərəf yola düşüb.
Xatırladaq ki,İsrail iyunun 13-də İranın nüvə silahı hazırlamaq ərəfəsində olduğu qənaətinə gəldiyini elan etdikdən sonra havadan hücuma başlayıb.
İran isə nüvə silahı əldə etmək cəhdini qəbul etmir.
İranın Cenevrədəki səfiri iyunun 18-də Vaşinqtona deyib ki, əgər ABŞ İsrailin hərbi əməliyyatında birbaşa iştirak edərsə, İran sərt cavab verəcək.