Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müstəqillik Günü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün Laçın şəhərinə səfər edib.
Səfər çərçivəsində Prezident R.T.Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirəcəyi, iki ölkə arasında ikitərəfli münasibətləri müzakirə edəcəyi, həmçinin regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparacağı gözlənilir.
R.T.Ərdoğan həmçinin Pakistanın Baş naziri Şahbaz Şərifin də iştirak edəcəyi II Türkiyə-Azərbaycan-Pakistan üçtərəfli zirvə toplantısında da iştirak edəcək.
Türkiyə Prezidentinin Azərbaycanın Müstəqillik Günü ilə bağlı təşkil olunacaq bayram tədbirlərinə və Laçın Beynəlxalq Hava Limanının açılış mərasiminə qatılması planlaşdırılır.
R.T.Ərdoğanı səfər çərçivəsində nazirlər, yüksək səviyyəli müşavirlər və hakim partiyanın rəsmilərindən ibarət nümayəndə heyəti müşayiət edir.