Türkiyənin ilk üzən təbii qaz istehsalı platforması - “Osman Gazi” mayın 30-da Qara dəniz sahilində yerləşən Zonquldakın Filyos limanına çatıb. Bu nəhəng platforma 29 mayda - İstanbul fəthinin 572-ci ildönümündə Prezident Aparatının İstanbuldakı Dolmabahçe ofisindən ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə enerji və təbii sərvətlər naziri tərəfindən mərasimlə yola salınıb və İstanbul Boğazından keçib.
Platformanın gündəlik maksimum emal gücü 10,5 milyon kubmetr təbii qaz, ötürmə gücü isə 10 milyon kubmetrdir. Bu, Qara dənizdə təbii qaz istehsalını iki dəfə artıraraq gündəlik 20 milyon kubmetrə çatdıracaq.
“Osman Gazi“ platformasının Türkiyədə təxminən 8 milyon ev təsərrüfatının təbii qaz tələbatını ödəməsi gözlənilir və bu, 20 il ərzində fəaliyyət göstərəcək.
140 nəfərlik heyəti yerləşdirmək qabiliyyətinə malik olan platformanın uzunluğu 298,5, eni 56, dərinliyi isə 29,5 metrdir. Onun 2026-cı ilin ortalarında fəaliyyətə başlaması planlaşdırılır.