Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə axşamı Azərbaycanla sülh sazişi imzalamağı və eyni zamanda ATƏT-in ləğvi ilə bağlı sənədin qəbul edilməsini təklif edib.
Paşinyan İrəvandakı Milli Assambleyada etdiyi çıxışında deyib: "Biz Azərbaycanın ATƏT-in ləğv edilməsi ilə bağlı irəli sürdüyü təklifləri başa düşürük. Əgər Qarabağ məsələsi ilə bağlı bu səhifəni bağlayırıqsa, onda bu problemin həllinə yönəlmiş bir formata niyə ehtiyacımız olsun? Biz sülh sazişinin imzalanmasını və eyni zamanda ATƏT-in Minsk Qrupunun ləğv edilməsini təklif edirik. Yəni hər iki sənədin eyni gündə imzalanmasını təklif edirik."
Qeyd edək ki, Azərbaycan hələ ki, Paşinyanın təklifinə münasibət bildirməyib.
Qarabağ münaqişəsi
1992-ci ildə yaradılan və Fransa, Rusiya və ABŞ-ın həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin həllinə yardım etməyi qarşısına məqsəd qoymuşdu.
İki keçmiş sovet respublikası arasında münasibətlər 1991-ci ildə Ermənistan ordusunun Qarabağı və beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınan yeddi ətraf rayonunu işğal etməsi ilə gərginləşib.
Azərbaycan 2020-ci ilin payızında 44 günlük müharibədən sonra bu bölgənin böyük hissəsini erməni işğalından azad edib. Tərəflər arasında müharibə, Rusiyanın vasitəçiliyi ilə normallaşma və sərhədlərin demarkasiyası üzrə danışıqlara zəmin yaradan sülh sazişi ilə başa çatıb.
2023-cü ilin sentyabrında bölgədəki separatçı qüvvələrin təslim olmasından sonra Azərbaycan Qarabağ üzərində tam suverenlik əldə edib.
Rəsmi İrəvan və Bakı mart ayında sülh razılaşması barədə razılığa gəldiklərini elan ediblər, lakin o vaxtdan bəri hər iki ölkə bir-birini sərhədyanı hücumlarda ittiham edir.