SİYASƏT
1 dəqiqə oxuma
Çin və Yaponiya mübahisəli adalar üstündə yenə mübahisə etdilər
Yaponiya Çin patrul vertolyotunun mübahisəli adacıqlara uçuşuna, Çin isə Yaponiya təyyarəsinin onun hava məkanına girdiyinə etiraz bildirdi
Çin və Yaponiya mübahisəli adalar üstündə yenə mübahisə etdilər
China defended its patrol as a legal operation in its claimed territory. / AP
4 may 2025 г.

Çin və Yaponiya mayın 3-də mübahisəli adalar üzərində hava məkanını pozmaqda bir-birini ittiham ediblər. Rəsmi Tokio Çin səfirini çağıraraq bu cür hadisələrin təkrarlanmamasını istəyib. Lakin Pekin “Yaponiya mülki təyyarəsinin Çinin hava məkanına qanunsuz daxil olduğu”na cavab olaraq  sahil mühafizə gəmisinin helikopter göndərərək təyyarəni uzaqlaşdırdığını bildirilib.

  Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, dörd Çin Sahil Mühafizə gəmisi Senkakunun (Pekin tərəfindən Diaoyu adlandırılır) mübahisəli ərazi sularına daxil olub və adacığın hava məkanına helikopter göndərib.

  Yaponiya Asiya və Okeaniya İşləri Departamentinin Baş direktoru Masaaki Kanai Çin səfirliyinin missiya rəhbərinin müavini ilə görüşərək güclü etiraz bildirib və bu cür hərəkətlərin təkrarlanmamasını şiddətlə tələb edib.

Çin geri çəkilməyəcək

  Çin Sahil Mühafizəsinin (CCG) sözçüsü Liu Dejun deyib: “Gəmilər qanun çərçivəsində adi patrul xidməti həyata keçiriblər və Yaponiyanın mülki təyyarəsi Çinin hava məkanına qanunsuz daxil olub. Bu səbəbdən təyyarəni uzaqlaşdırmaq üçün helikopter göndərilib… Diaoyu Dao və ona bağlı adacıq Çinin ayrılmaz ərazisidir. Biz Yaponiyanı dərhal bütün qanunsuz fəaliyyətlərini dayandırmağa çağırırıq… Çin Sahil Mühafizəsi Diaoyu Dao sularında və hava məkanında hüquqların qorunması və qanun icrası əməliyyatlarını sürdürəcək, Çinin ərazi suverenliyi və dəniz hüquqlarını qətiyyətlə müdafiə edəcək."

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us