DÜNYA
1 dəqiqə oxuma
''Starship'' raketi 9-cu sınaq uçuşu zamanı partladı
Elon Musk şirkəti deyir ki, dramatik uğursuzluq gələcək missiyalar üçün raketi inkişaf etdirməkdə həyati dərslər təklif edəcək.
''Starship'' raketi 9-cu sınaq uçuşu zamanı partladı
APTOPIX SpaceX Starship Launch / AP
28 may 2025 г.

SpaceX-in "Starship" raketi doqquzuncu sınaq uçuşu çərçivəsində kosmosa buraxılıb. Lakin kosmik gəmi havaya qalxdıqdan bir müddət sonra partlayıb.

Bu barədə "SpaceX" şirkətinin rəsmi "X" sosial media səhifəsində edilən paylaşımda bildirilib. Paylaşımda bu ifadələrə yer verilib: "Starship raketi sınaq uçuşu zamanı qəfil partlayıb. Komandalar məlumatları nəzərdən keçirməyə və növbəti sınaq uçuşumuza hazırlıq görməyə davam edəcəklər".

Qeyd edək ki, raket ABŞ Federal Aviasiya Administrasiyasından (FAA) icazə aldıqdan sonra "SpaceX" şirkətinin Texas ştatının Boka Çika bölgəsindəki buraxılış məntəqəsindən havaya qalxıb.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us