SİYASƏT
2 dəqiqə oxuma
“İlk dəfə mühüm fürsət pəncərəsi açılıb”, R.T.Ərdoğan
“Ortaq gələcəyimiz kontekstində iqtisadi təhlükəsizliyin təmin olunması, məhsul və xidmət təchizat zəncirlərinin fasiləsizliyi xüsusilə əhəmiyyətlidir”, – deyə Türkiyə prezidenti vurğulayıb və əlavə edib ki ...
“İlk dəfə mühüm fürsət pəncərəsi açılıb”, R.T.Ərdoğan
) Turkish President Recep Tayyip Erdogan meets with Chancellor of Germany Friedrich Merz as part of the 6th Summit of the European Political Community in Tirana, Albania. / AA
7 saat əvvəl

  “Türkiyə Rusiya ilə Ukrayna arasında sülh prosesinə bütün tərəfdaşlardan dəstək gözləyir. Rəsmi Moskva ilə Kiyev arasında dialoq kanalları açıq qalmalıdır”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 16-da Tiranada keçirilən Avropa Siyasi İttifaqı VI Zirvə Toplantısının iştirakçılarına müraciətində bildirib.

  Türkiyə lideri Ankaranın Rusiya-Ukrayna dialoqu prosesinə verdiyi töhfəni vurğulayıb, “Türkiyə dayanıqlı və ədalətli sülhə nail olunmasına yönəlib. Rusiya ilə Ukrayna arasında qan tökülməsinin dayandırılması istiqamətində ilk dəfə olaraq mühüm “fürsət pəncərəsi” açılıb. Bu sülh şansını əldən vermək olmaz”, – deyə bildirib. O, Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə İstanbulda keçirilən Rusiya - Ukrayna danışıqlarına diqqət çəkib.

  Prezident Ərdoğan ədalətli sülh əldə olunacağı təqdirdə heç bir tərəfin məğlub tərəf olmayacağını bəyan edib. Daha sonra o, “etimad böhranının aradan qaldırılması” məqsədilə daha ədalətli qlobal münasibətlər sisteminin formalaşmasının vacibliyinə toxunub.

  Türkiyə prezidenti bildirib ki, Avropada baş verən hadisələr həyati əhəmiyyət kəsb edən məsələlərdə birlik və həmrəyliyin nə dərəcədə effektiv olduğunu sübut edib. Bununla bağlı o, Avropanın təhlükəsizliyinə ciddi təhdidlər fonunda Avropa İttifaqı ölkələrinin müdafiə potensialının artırılmasını alqışlayıb və bu səylərin NATO-nun mərkəzi rolunu nəzərə alaraq, Aİ-yə daxil olmayan dövlətləri də əhatə etməli olduğunu vurğulayıb.

  R.T.Ərdoğan bildirib ki, məhz Avropa ölkələri həm müdafiə, həm də enerji sahələrində həmrəylik nümunəsi göstərməlidir. “Ortaq gələcəyimiz kontekstində iqtisadi təhlükəsizliyin təmin olunması, məhsul və xidmət təchizat zəncirlərinin fasiləsizliyi xüsusilə əhəmiyyətlidir”, – deyə Türkiyə prezidenti vurğulayıb və əlavə edib ki, bu gün Türkiyənin ÜDM-i 1,3 trilyon ABŞ dollarına çatır. Bununla yanaşı, o, əməkdaşlığın qarşısında maneə yaradan sistemlərin, həmçinin Şengen zonasının mexanizmlərinin yenidən nəzərdən keçirilməsinə çağırıb.

  Ərdoğan sammit iştirakçılarına Türkiyənin enerji sektorunun inkişafı və ölkənin enerji qovşağına çevrilməsi istiqamətində gördüyü işlər barədə də məlumat verib.

  Suriyadakı vəziyyətə toxunan Türkiyə lideri ABŞ prezidenti Donald Trampın Suriya əleyhinə sanksiyaların ləğv edilməsinin vacibliyi ilə bağlı bəyanatını alqışlayıb. “Ağ Evin rəhbəri bu bəyanatı ilə regional təhlükəsizlik və sabitliyə töhfə vermək səylərini nümayiş etdirdi”, – deyə Ərdoğan bildirib və digər ölkələri də ABŞ-dan nümunə götürməyə çağırıb.

MƏNBƏ:trt global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us