SİYASƏT
2 dəqiqə oxuma
Çin ABŞ-ı Tayvan məsələsində "odla oynamamağa" çağırdı
Çin Xarici İşlər Nazirliyinin 1 iyun bəyanatında deyilir ...
Çin ABŞ-ı Tayvan məsələsində "odla oynamamağa" çağırdı
China says it is "strongly" dissatisfied with and firmly opposed to Hegseth's remarks and has made "solemn representations" to the US. / Photo: AP
1 iyun 2025 г.

  Çin Xarici İşlər Nazirliyinin 1 iyun bəyanatında deyilir: “ABŞ Müdafiə naziri bölgə ölkələrinin sülh və inkişaf çağırışlarını qəsdən görməməzliyə vurdu, əvəzində “Soyuq müharibə” dövrünün “blok qarşıdurması”nı təbliğ etdi, Çini böhtan xarakterli ittihamlarla qaraladı, ölkəmizi əsassız olaraq “təhdid” adlandırdı. Pit Heqset Şanqri-La Dialoqu yığıncağındakı çıxışında Çinin Asiyada güc balansını dəyişmək üçün hərbi gücdən istifadə etməyə ciddi şəkildə hazırlaşdığı böhtanını atdı. O, həmçinin Çin ordusunu Tayvana müdaxilə etməkdə və “həqiqi əməliyyat üçün məşqlər keçirmək”də ittiham etdi. Çin ABŞ nazirinin bu çıxışından çox narazı olduğunu ifadə edir və ona qəti şəkildə qarşı çıxır.

  ABŞ özü dünyanın həqiqi hegemon gücü və Asiya-Sakit Okean regionunda sülh və sabitliyi pozan ən böyük amildir. Öz hegemonluğunu qorumaq və guya “Hind-Sakit Okean strategiyasına kömək etmək üçün” ABŞ Cənubi Çin dənizində hücum xarakterli silahlar yerləşdirib, gərginliklər yaradır, sabitliyi pozur və bölgəni barıt çəlləyinə çevirərək region ölkələri arasında dərin narahatlıqlara səbəb olur.

  Tayvan tamamilə Çinin daxili işidir və heç bir xarici ölkənin bu işə müdaxilə etmək haqqı yoxdur. ABŞ Tayvan məsələsini Çini məhdudlaşdırmaq üçün bir vasitə kimi istifadə etmək barədə illüziyalar qurmamalı və odla oynamamalıdır. Tayvan Çinin ayrılmış əyalətidir, amma öz müstəqilliyində israr edir.

  Cənubi Çin dənizində naviqasiya və ya uçuş azadlığı ilə bağlı heç vaxt problem olmayıb. Çin həmişə müvafiq ölkələrlə fərqlilikləri dialoq və məsləhətləşmə yolu ilə həll etməyə və qanun çərçivəsində öz ərazi suverenliyini və dəniz hüquqlarını qorumağa çalışır.

  ABŞ Cənubi Çin dənizində sülh və sabitliyi pozur. Rəsmi Pekin Vaşinqtonu regional ölkələrin sülh və sabitliyi qorumaq səylərinə həqiqətən hörmət etməli, bölgənin dinc mühitini qəsdən pozmağı dayandırmalı, münaqişə və qarşıdurmaları şişirtməməli və gərginliyi artırmaqdan çəkinməlidir”.

MƏNBƏ:trt global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us