SİYASƏT
1 dəqiqə oxuma
Trampın komandası bu həftə İranla nüvə sazişi və atəşkəslə bağlı danışıqlar təklif etdi
Məqsəd nüvə sazişi və İsrail-İran münaqişəsinə son qoyulmasını ehtiva edən diplomatik təşəbbüsü müzakirə etmək olacaq
Trampın komandası bu həftə İranla nüvə sazişi və atəşkəslə bağlı danışıqlar təklif etdi
ABŞ-İran nüvə sazişi danışıqları / Reuters
5 saat əvvəl

"Axios" xəbər saytının məsələ ilə bağlı məlumatlandırılmış dörd mənbəyə istinadən verdiyi məlumata görə, məqsəd nüvə sazişi və İsrail-İran münaqişəsinə son qoyulmasını ehtiva edən diplomatik təşəbbüsü müzakirə etmək olacaq.

Bildirilib ki, ABŞ İranla bu həftə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi arasında görüş imkanını müzakirə edib.

ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdəki gərginlik fonunda Kanadada keçirilən G7 sammitində iştirakını başa vurduqdan sonra iyunun 17-də Vaşinqtona qayıdıb.

Tramp jurnalistlərə "Mən məlum səbəblərə görə tez qayıtmalıyam" deyib.

Tramp bundan əvvəl İsrail və İran arasında gərginliyin artması fonunda mülki şəxslərin Tehrandan dərhal təxliyyə olunmasını tələb edib.

"İran imzalamalarını söylədiyim müqaviləni imzalamalı idi. Açıq deyirəm, İran nüvə sahib ola bilməz. Mən bunu dəfələrlə demişəm! İnsanlar Tehranı dərhal təxliyə etsinlər!”, -deyə Tramp bildirib.

Qeyd edək ki, iyunun 13-də İsrailin hərbi və nüvə obyektləri də daxil olmaqla, İrandakı bir çox hədəflərə koordinasiyalı hava hücumları və pilotsuz uçuş aparatları ilə zərbələr endirməsi ilə gərginlik artıb. Zərbələr Tehranı cavab zərbələri endirməyə vadar edib.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us