DÜNYA
1 dəqiqə oxuma
Əfqanıstan Çin-Pakistan İqtisadi Dəhlizi layihəsinə qoşuldu
Çin, Pakistan və Əfqanıstan diplomatik münasibətləri gücləndirmək və kommunikasiyanı artırmaq məqsədilə konkret addımlar atmaq üçün danışıqlar aparıblar
Əfqanıstan Çin-Pakistan İqtisadi Dəhlizi layihəsinə qoşuldu
/ Reuters
8 saat əvvəl

Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanata görə, Çin, Pakistan və Əfqanıstan çərşənbə günü Çin-Pakistan İqtisadi Dəhlizini Əfqanıstana qədər genişləndirmək barədə razılığa gəliblər.

Bu razılıq, Çinin xarici işlər naziri Van Yinin ev sahibliyində Pekində keçirilən üçtərəfli xarici işlər nazirlərinin görüşündə əldə olunub. Görüşdə Pakistanın xarici işlər naziri İşaq Dar və Əfqanıstanın müvəqqəti xarici işlər naziri Əmir Xan Müttəqi də iştirak ediblər.

Nazirliyin bəyanatında qeyd edilib ki, tərəflər “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi və Əfqanıstanın Çin-Pakistan İqtisadi Dəhlizinə qoşulması barədə razılığa gəliblər.

Rəsmi Pekinin yaydığı başqa bir bəyanatda isə vurğulanıb ki, üç ölkə “Bir kəmər, bir yol” təşəbbüsünün birgə qurulmasında əməkdaşlığı dərinləşdirəcək, Çin-Pakistan İqtisadi Dəhlizinin Əfqanıstana qədər genişləndirilməsinə dəstək verəcək və regional əlaqə şəbəkələrinin inşasını gücləndirəcək.

64 milyard dollar dəyərindəki layihə "Bir kəmər, bir yol" təşəbbüsünün əsas komponentidir. Layihə Çinin şimal-qərbindəki Sincan bölgəsini, Pakistanın Bəlucistan əyalətindəki Qvadar limanına birləşdirir.

"Bir kəmər, bir yol" təşəbbüsü Çin ilə tərəfdaş ölkələr arasında iqtisadi əlaqələrin artırılmasını hədəfləyir.

Xarici işlər nazirləri görüş zamanı qarşılıqlı diplomatik fəaliyyətin gücləndirilməsi, kommunikasiyanın təkmilləşdirilməsi, ticarət, infrastruktur və inkişaf sahələrində irəliləyişin təmin edilməsi üçün konkret addımların atılması yollarını müzakirə ediblər.

ETərəflər həmçinin terrorla mübarizədə, regional sabitlik və rifahın təşviqində birgə öhdəliklərini də vurğulayıblar.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us