ABŞ-ın Vermont ştatında federal məhkəmə hakimi mart ayında miqrasiya nümayəndələri tərəfindən mübahisəli şəkildə saxlanılan türkiyəli doktorant Rümeysa Öztürkün “kautsiya” (zəmanətlə) sərbəst buraxılmasına qərar verib.
Hakim Villiam K. Sessions mayın 9-da açıqlamasında "Məhkəmə onun cəmiyyətə təhlükə yaratmadığını və qaçma riski daşımadığını müəyyən etmişdir. Hökümətə Rümeysa Öztürkün dərhal sərbəst buraxılmasını əmr edirəm" deyib. "O, həmçinin Massaçusets və Vermont ştatlarına səyahət etməkdə də sərbəstdir və ona heç bir səyahət məhdudiyyəti qoymayacağam, çünki açıq şəkildə qaçma riski daşımadığını düşünürəm" əlavə edib.
Qeyd edək ki, Öztürk 25 martda Massaçusetsdə Miqrasiya və Gömrük Mühafizə (ICE) nümayəndələri tərəfindən, keçən il universitetin tələbə qəzetində İsrail-Filistin münaqişəsi ilə bağlı ortaq bir məqalə yazdığı səbəbiylə həbs olunmuşdu.
Tufts Universitetində doktorant olan Öztürk Vermontun Burlington şəhərindəki məhkəmə iclasına uzaqdan qatılıb. İclas İkinci Dairə Apelyasiya Məhkəməsinin bu həftə əvvəlində Öztürkün Luiziana ştatındakı bir miqrasiya həbsxanasından Vermontdakı federal məhkəməyə köçürülməsinə qərar verməsinin ardından baş tutub.
Amerikanın Vətəndaş Azadlıqları Birliyindəki vəkillər Öztürkün həbsinin onun konstitusion hüquqlarını, xüsusilə də ifadə azadlığı və ədalətli mühakimə hüququnu pozduğunu müdafiə edir.