6 saat əvvəl
Amerika Çinlə ticarətə dair sazişi təsdiqləyib. Bu barədə ABŞ prezidenti Donald Tramp sosial media hesabında məlumat versə də, təfərrüatı açıqlamayıb.
Ağ Evdən mediaya bildiriblər ki, Çinlə ticarət əlaqələrində ciddi irəliləyiş qeydə alınıb. Hər 2 tərəf nadir metalların ABŞ-a ixracının sürətləndirilməsinə dair sazişi ratifikasiya edib.
Qeyd olunub ki, iyunun ortalarında Londonda keçirilən ABŞ-Çin danışıqlarının əsas mövzusu nadir metallar olub. Çin bu maddələrin əsas istehsalçısıdır. ABŞ-ın raket, kosmik və elektronika sənayesi bu məhsullardan çox ciddi şəkildə asılıdır.