TÜRKİYƏ
2 dəqiqə oxuma
Hakan Fidan: "NATO-nun əsas dəyərləri Ukrayna və Qəzzada təhlükə altındadır"
Xarici işlər naziri Hakan Fidan NATO-nun əsas dəyərlərinin "Ukrayna və Qəzza kimi yerlərdə" təhdid altında olduğunu bildirib
Hakan Fidan: "NATO-nun əsas dəyərləri Ukrayna və Qəzzada təhlükə altındadır"
Hakan Fidan-NATO yığıncağı / AA
16 saat əvvəl

Xarici işlər naziri NATO-nun Antalyada keçirilən qeyri-rəsmi toplantısına qatılmaq üçün gələn xarici işlər nazirlərinin şərəfinə verilən şam yeməyində Ukrayna müharibəsi və Qəzzada törədilən soyqırımı gündəmə gətirib.

Hakan Fidan şam yeməyində çıxış edərək, "Alyansın müdafiə etdiyi sülh və sabitliyin ən fundamental dəyərləri Ukrayna və Qəzza kimi yerlərdə görünməmiş şəkildə təhdid altındadır" deyib.

NATO-nu bəşər tarixinin ən uğurlu alyansı kimi xarakterizə edən Fidan onun gücünün təkcə sahib olduğu kollektiv hərbi mövcudluğundan deyil, ortaq dəyərlər, prinsiplər və ideyalar birliyini təmsil etməmizdən qaynaqlandığını söyləyib.

"Bu, hibrid çətinliklərin, eləcə də terrorun demokratiyalarımız üçün ciddi təhlükələr yaratdığı bir vaxtda baş verir. Bu çətinliklərin həllində bizim ən güclü sərvətimiz birliyimiz və həmrəyliyimizdir", -deyə o qeyd edib.

Hakan Fidan görüşün əhəmiyyətini vurğulayaraq bildirib ki, mayın 16-da keçiriləcək danışıqlarda iyunda təşkil ediləcək Haaqa Sammiti də gündəmdə olacaq.

Nazir Fidan tarixi Side şəhərinin eradan əvvəl 7-ci əsrdə tikilməsindən bəridir bəşəriyyətin çox uzun bir yol keçdiyini, "lakin ümumi dəyərlərə sadiq olanların kollektiv gücü və əməkdaşlığı vasitəsilə ümumbəşəri sülhün hökmranlığının o vaxt olduğu kimi bu gün də qüvvədə qaldığını" vurğulayıb.

NATO-nun qarşı-qarşıya olduğu problemlər

Xarici işlər naziri Hakan Fidan fikir ayrılıqlarına baxmayaraq, son məqsədlərdə və öhdəliklərdə bir olmağın vacibliyini vurğulayaraq bildirib ki, müttəfiq ölkələr bunu Alyansın iradəsini və öhdəliklərini "effektiv, ədalətli və əhatəli şəkildə" dəstəkləmək üçün lazımi imkanlarla birləşdirməlidir.

“Bunlara alyans çərçivəsində ədalətli transatlantik yükün bölüşdürülməsi, müttəfiqlər arasında məhdudiyyətsiz müdafiə-sənaye əməkdaşlığı və innovasiyalar vasitəsilə ümumi gələcək müdafiəmizə sərmayə qoymaq daxildir.

Şübhəsiz ki, bu məsələlərin bəziləri təcili məsuliyyətlərin olduğu bir dünyada hökumətlərimizin çətin və cəsarətli qərarlar qəbul etməsini tələb edir.

Bundan başqa, bir çox müttəfiq ölkələrdə təhlükəsizlik təbii qəbul edilir və təhlükəsizliyin dəyişən və çətinləşən tələblərinə uyğun hərəkət edilmək istənmir", deyə Hakan Fidan qeyd edib.

Alyansın “hər kəsi gözləyən təhdidlərin miqyasını həyəcan verici olmayan, lakin çox aydın bir dillə izah etmək” vəzifəsi olduğunu bildirən nazir Fidan NATO-nun bu çətinliklərin öhdəsindən gəlmək üçün nəyin lazım olduğunu izah etməsinin və xalqlarına bu prosesdə tək olmadıqlarına inandırmasının vacibliyini dilə gətirib.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us