SİYASƏT
2 dəqiqə oxuma
ABŞ və Çin ticarət müharibəsini dayandırır
… çünki gömrük rüsumlarının azaldılması haqqında razılaşma qüvvəyə minir
ABŞ və Çin ticarət müharibəsini dayandırır
Temporary pause in US-China trade war has begun. / AP
14 may 2025 г.

ABŞ və Çin arasında ticarət atəşkəsinə nail olduqdan və rüsumları azaldıqdan sonra qorxular sakitləşməyə başlanıb.

  Çin və ABŞ arasında əksər tariflərin azaldılmasını nəzərdə tutan ticarət sazişi mayın 14-də qüvvəyə minib. Bu, qlobal bazarları və beynəlxalq təchizat zəncirlərini sarsıdan sərt ticarət müharibəsində müvəqqəti atəşkəs hesab olunur.

  Rəsmi Vaşinqton və Pekin bu həftə Cenevrədə keçirilən danışıqlardan sonra yüksək tariflərin əhəmiyyətli dərəcədə azaldılmasına dair razılığa gəliblər.

  ABŞ prezidenti Donald Tramp 14 mayda “Fox News” kanalına verdiyi müsahibədə Amerikanın Çinlə "Çox güçlü bir ticarət sazişi” üçün planının olduğunu və bu razılaşmanın Çin iqtisadiyyatını ABŞ bizneslərinə açacağını bildirib.

  "Bizim Çinlə çox, həm də çox güclü sazişimiz oldu. Amma bunun ən maraqlı hissəsi Çinin ABŞ-a açılmasıdır," - deyə Tramp söyləyib, lakin təfərrüatlara toxunmayıb.

Asiya bazarlarında ehtiyatlı rahatlıq

  Mayın 14-də Asiya bazarlarında ABŞ və Çin arasında ticarət müharibəsində 90 günlük fasilə razılaşmasından sonra ehtiyatlı bir rahatlıq hissi yayılıb.

  Yaponiyanın Nikkei 225 indeksi 0,8 faiz azalaraq 37.874.59-a düşüb. Avstraliyanın S&P/ASX 200 indeksi 0,1 faiz azalaraq 8.260.40-a çatıb. Cənubi Koreyanın Kospi indeksi 1,1 faiz artaraq 2.635.86-ya yüksəlib. Honq Konqun “Hang Seng” indeksi 1,1 faiz artaraq 23.367.57-ə, Şanxay Kompozit indeksi isə 0,1 faiz artaraq 3,377.75 olub.

  Qlobal biznesmenlər və investorlar ABŞ və Çin arasındakı ticarət atəşkəsindən ehtiyatla rahatlıq hissi keçirirlər, çünki bu razılaşmanın nə qədər davam edəcəyi və tariflərin gələcəkdə hansı səviyyədə olacağı ilə bağlı qeyri-müəyyənlik qalır.

  "Daimi bir saziş olmazsa, tətbiq olunan tariflərin təsiri makroiqtisadi proqnozlarımızda əsas amillər olaraq qalacaq," - deyə “Fitch Ratings”in baş iqtisadçısı Brian Koulton bildirib.

 

MƏNBƏ:trt global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us