SİYASƏT
2 dəqiqə oxuma
Donald Tramp Suriyanın yeni lideri Əhməd əş-Şəraa ilə görüşüb
Donald Tramp son 25 ildə Suriya rəhbəri ilə görüşən ilk ABŞ prezidenti olub
Donald Tramp Suriyanın yeni lideri Əhməd əş-Şəraa ilə görüşüb
/ AP
14 may 2025 г.

ABŞ prezidenti Donald Tramp Ər-Riyada rəsmi səfəri çərçivəsində, 2024-cü ilin dekabrında Bəşər Əsədi devirmiş Suriya lideri Əhməd əl-Şəraa ilə görüşüb. Donald Tramp son 25 ildə Suriya rəhbəri ilə görüşən ilk ABŞ prezidenti olub.

Görüş zamanı oxşar kostyum geyinmiş Tramp və Əhməd əl-Şəraa Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla keçirilən iclasda əl sıxıblar. Toplantıya Dəməşqdəki yeni hökumətin əsas dəstəkçisi olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da onlayn formatda qatılıb.

Türkiyə və Səudiyyə Ərəbistanı Suriyadakı yeni hakimiyyətlə barışığın tərəfdarı olsalar da, bu addım Donald Trampı bir daha İsrail ilə qarşı-qarşıya qoyub. İsrail uzun müddətdir düşmən olaraq gördüyü Suriyanın yeni lideri Əhməd əl-Şəraa ilə bağlı mənfi mövqe sərgiləyərək, ölkənin hərbi potensialını zəiflətmək üçün hücumlarını intensivləşdirib.

Ağ Ev Donald Trampın Əhməd əl-Şəraa ilə görüşündə onun bəzi Körfəz ərəb dövlətlərinin imzaladığı İbrahim Razılaşmalarına qoşularaq İsraillə münasibətləri normallaşdırmasını xahiş etdiyini açıqlayıb. Donald Tramp eyni zamanda Әhmәd Әl-Şəraadən fələstinli döyüşçülərin deportasiyasını və hazırda PKK/YPG-nin nəzarətində olan DEAŞ saxlanma düşərgələrinin nəzarətini ələ almasını tələb edib.

Planlaşdırılandan daha uzun çəkən görüşdən sonra Donald Tramp Bəşər Əsəd dövründə tətbiq olunan sanksiyaların Suriyaya “həqiqətən dağıdıcı” təsir göstərdiyini bildirib. Körfәz ölkәlәrinin liderlәri ilә keçirilәn görüşdә çıxış edәn Donald Tramp  deyib:“Bu, asan olmayacaq, lakin bu, onlara yaxşı və güclü bir şans verir. Bu prosesi başlatmaq mənim üçün şərəf idi.”

ABŞ Suriyada baş verən dağıdıcı vətəndaş müharibə zamanı ölkəyə qarşı ciddi maliyyə sanksiyaları tətbiq edib və bəyan edib ki, Əsəd insan hüquqlarının pozulmasına görə məsuliyyət daşımadan hakimiyyətdə qaldığı müddətcə, yenidənqurma prosesində iştirak edən hər kəsə qarşı məhdudiyyətlər qüvvədə qalacaq.

Donald Trampın ABŞ-ın Suriyanı “terrorizmi dəstəkləyən dövlətlər” siyahısından çıxaracağına dair heç bir açıqlama verməməsi də diqqət çəkib. Bu status Suriyaya 1979-cu ildən bəri fələstinli döyüşçülәrә verdiyi dəstəyə görə verilib.

Digər tərəfdən, Qətər, Misir və ABŞ Trampın prezidentlik müddətinə başlamasından bir gün əvvəl, yəni yanvarın 19-da, Qəzzada İsrail və ‘‘Hәmas’’ arasında atəşkəs əldə edilməsi üçün vasitəçilik ediblər. Lakin buna baxmayaraq, İsrail atəşkəsi pozaraq ‘‘Hәmas’’ı tamamilə məhv etmək məqsədilə yeni hərbi əməliyyata başlayacağını açıqlayıb.

İsrail artıq iki aydan çoxdur ki, Qəzzaya heç bir humanitar yardımın daxil olmasına icazə vermir. Bu vəziyyət yaxınlaşan genişmiqyaslı aclıqla bağlı ciddi beynəlxalq xəbərdarlıqlara səbəb olub.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us