Tibbi yardım təşkilatı MSF Qəzzanı İsrailin hücumlarında fələstinlilərin öldürüldüyü və tibb işçilərinin tam mühasirədə olan yaralıları müalicə etmək üçün məhdud imkanlarla mübarizə apardığı kütləvi məzarlıq kimi təsvir edib.
Yardım təşkilatı tibb işçilərinin İsrail ordusunun Qəzza zolağının şimalında azı 13 nəfəri öldürdüyünü və cənubdakı Rəfah şəhərində evləri yıxmağa davak etdiyini bildirib və Qəzzanın fələstinlilər və onlara yardım etməyə cəhd göstərənlər üçün "kütləvi məzarlığa" çevrildiğini qeyd edib.
Fələstinli tibb işçiləri hava hücumu nəticəsində 10 nəfərin həlak olduğunu, onların arasında Qəzza şəhərindəki icmanın müharibə zamanı yaşadığı çətinlikləri əsərlərilə sənədləşdirmiş tanınmış yazıçı və fotoqraf Fatema Hassounanın da olduğunu bildirib. Daha şimalda başqa bir evə edilən hücumda isə üç nəfərin həyatını itirdiyi vurğulanıb.
İsrail ordusu tərəfindən isə heç bir açıqlama verilməyib.
Qəzzanın cənubunda son günlər tam İsrailin nəzarəti altında olan Rəfah şəhərində sakinlər İsrail ordusunun qəsəbədə daha çox evi sökdüyünü bildirib. İsrail rəsmiləri bildiriblər ki, bunun məqsədi Qəzzada təhlükəsizlik zonalarının genişləndirilməsi və qalan girovların azad edilməsi üçün HƏMAS-a təzyiqin artırılmasıdır.
Sərhədsiz Həkimlərin Qəzzadakı fövqəladə hallar üzrə koordinatoru Amande Bazerolle verdiyi açıqlamada "Qəzza fələstinlilər və onlara kömək etməyə çalışanlar üçün kütləvi məzarlığa çevrildi. Biz həqiqi mənada bunun oluruq" deyib.
"Fələstinlilər və ya onlara kömək etməyə çalışanlar üçün təhlükəsiz yer olmadığından, humanitar səylər təhlükəsizlik və kritik ləvazimatların olmaması səbəbindən ciddi şəkildə əngəllənir və insanların səhiyyə xidmətlərindən istifadə imkanları azdır", -deyə o qeyd edib.
Misir, Qətər və ABŞ-ın Qəzzada atəşkəsi bərpa etmək və israilli girovları azad etmək səyləri nəticəsiz qalıb, İsrail və Fələstinin müqavimət qrupu HƏMAS öz mövqelərində kilidlənib.
HƏMAS İsrailin Qəzzadan çəkilməsi və müharibənin sona çatmasına diqqəti yönəldəcək yanvar atəşkəs razılaşmasının ikinci mərhələsinə keçmək istədiyini bildirib.
Fələstin səhiyyə rəsmilərinin məlumatına görə, İsrailin soyqırım müharibəsində ən azı 51 min fələstinli qətlə yetirilib.
Beynəlxalq Cinayət Məhkəməsi ötən ilin noyabrında İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın Qəzzada hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətdiyinə görə həbs olunmasına order verib.
İsrail həmçinin Qəzzaya qarşı apardığı müharibəyə görə Beynəlxalq Ədalət Məhkəməsində soyqırım işi ilə üz-üzədir.
Əsas ehtiyaclar
Qəzzadakı Səhiyyə Nazirliyi İsrailin martın əvvəlindən yanacaq, tibbi və ərzaq təchizatını dayandırdığını və tibbi ləvazimatların tükənməsi səbəbindən bir neçə fəaliyyət göstərən xəstəxananın işlərinə mane olmağa başladığını bildirib.
"Sərhəd-keçid məntəqələrinin bağlanması səbəbindən yüzlərlə xəstə və yaralı insan zəruri dərmanlardan məhrumdur və onların əziyyətləri artır", - nazirlikdən bildirilib.
İsrail cəza tədbirlərinin HƏMAS-a təzyiqi saxlamaq üçün nəzərdə tutulduğunu qeyd edir, Fələstin qrupu isə bunu "kollektiv cəza" kimi pisləyir.
Qəzzanın səhiyyə rəsmilərinin bildirdiyinə görə, iki aylıq nisbi sakitlikdən sonra mart ayında hərbi hücumlarını bərpa edən İsrail qüvvələri 1600-dən çox fələstinlini öldürüb. Kampaniya yüz minlərlə insanı didərgin salıb və bölgəyə daxil olan bütün təchizatları blokadaya salıb.
Bu arada HƏMAS 59 israilli girov saxlayır. İsrail onlardan 24-nün sağ olduğuna inanır.