SİYASƏT
2 dəqiqə oxuma
Marcori Teylor Qrin: Kennedi İsrailin nüvə proqramına qarşı olduğu üçün öldürüldü
Marcori Teylor Qrin ABŞ prezidentinin İsraili atəşkəsi pozduğuna görə tənqid etməsindən sonra həm özünün, həm də Donald Trampın təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə edib
Marcori Teylor Qrin: Kennedi İsrailin nüvə proqramına qarşı olduğu üçün öldürüldü
/ AP
bir gün əvvəl

ABŞ Konqresinin üzvü Marcori Teylor Qrin keçmiş prezident Con Kennedinin İsrailin nüvə proqramına qarşı olduğu üçün öldürüldüyünü iddia edib.

“Bir zamanlar Amerika xalqı tərəfindən sevilən böyük bir prezident var idi. O, İsrailin nüvə proqramına qarşı idi. Sonra isə sui-qəsdə məruz qaldı”, – deyə Marcori Teylor Qrin rəsmi “X” hesabında bildirib.

“İndi həyatımın təhlükədə olduğunu hiss etməliyəm? Bəs bu səhər İsraili İrana qarşı hücumlarını davam etdirdiyinə görə sərt şəkildə tənqid edən prezident Tramp?”

Bu paylaşım Trampın İsraili tənqid etməsindən sonra edilib.

Sona çatmayan xarici müharibələr

Marcori Teylor Qrin ABŞ-ın İranın nüvə obyektlərini hədəf almasına toxunaraq “xarici maraqlara” xidmət edən müharibələri tənqid edib.

“Amerika əsgərləri rejim dəyişikliyi, xarici müharibələr səbəbindən öldürüldü və fiziki və zehni cəhətdən zərər gördü’’, – deyə o, vurğulayıb.

Qrin həmçinin ABŞ-ın keçmiş prezidenti Con Kennedinin öldürülməsi ilə bağlı diqqətçəkən fikirlər səsləndirib. O, Kennedinin İsrailin nüvə proqramına qarşı çıxdığı üçün sui-qəsdə məruz qalmış ola biləcəyini iddia edib.

Xatırladaq ki, prezident Kennedi 1963-cü ildə Texas ştatının Dallas şəhərində qətlə yetirilib. Rəsmi istintaq bu cinayətdə keçmiş ABŞ dəniz piyadası Li Hərvi Osvaldın məsuliyyət daşıdığı qənaətinə gəlsə də, hadisə uzun illərdir müxtəlif fərziyyə və sui-qəsd nəzəriyyələrinin mövzusudur.

Kennedi prezidentliyi dövründə İsrailin nüvə ambisiyalarına qarşı çıxmış və narahatlığını açıq şəkildə ifadə etmişdi. 1963-cü ildə o, İsrailin baş naziri David Ben-Quriona müraciət edərək ‘‘Dimona’’ nüvə obyektinin beynəlxalq nəzarətə açılmasını tələb etmişdi. O, gizliliyin davam etməsinin ABŞ-ın İsrailə dəstəyini ciddi şəkildə təhlükəyə ata biləcəyini bildirmişdi.

Bununla belə, Kennedinin qətlini bu mövzu ilə birbaşa əlaqələndirən hər hansı açıq və təsdiqlənmiş sübut yoxdur.

Qrin bu iddialarını sübut edəcək konkret dəlil təqdim etməyib. Onun açıqlamaları həm siyasi rəqibləri, həm də bir sıra analitiklər tərəfindən sərt tənqid edilib.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us