Çinin vitse-premyeri He Lipeng mayın 9-da səhər saatlarında Cenevrədə ABŞ-ın Maliyyə naziri Skott Bessent ilə danışıqlar aparıb. Çin dövlət xəbər agentliyinin verdiyi məlumata əsasən, bu görüş qlobal iqtisadiyyata təsir edən ticari gərginliyi yumşaltmaq üçün atılan ilkin addım kimi qiymətləndirilir.
Bessent və ABŞ-ın Ticarət Nümayəndəsi Ceymison Qrir həftələrlə artan gərginlikdən sonra He ilə Cenevrədə görüşmələri planlaşdırılırdı. Bu müddət ərzində dünyanın iki ən böyük iqtisadiyyatı arasında idxal rüsumları 100 faizdən xeyli yuxarı qalxıb.
İki ölkə arasındaki gərginlik ABŞ Prezidenti Donald Trampın ötən ay bir sıra ölkələrə rüsumlar tətbiq etmək qərarını almasında sonra yaranıb. Belə bir hal maliyyə bazarlarını narahat edib və qlobal iqtisadi resessiya təhlükəsini artırıb.
ABŞ Prezidenti Donald Tramp may ayının 9-da verdiyi açıqlamada Çin mallarına 80 faiz həcmində tarifin “uyğun göründüyünü” bildirib. Bu Çin idxalına tətbiq olunan 145 faizlik rüsumlara alternativ olaraq ilk dəfə konkret bir faiz nisbətinin təklif edilməsi deməkdir.
Qeyd edək ki, tərəflər Cenevrədə gizli bir məkanda bir araya gəliblər. Toplantı sonrası Bessent jurnalistlərin sullarına cavab verməkdən imtina edib.