Türkiyənin ticarət naziri Ömər Bolat may ayında Türkiyənin ixracatının illik 2,7% artaraq, 24,8 milyard dollara çatıb və bütün zamanların ən yüksək səviyyəsinə yüksəldiyini açıqlayıb.
"Zəif tələb və sərt rəqabətə baxmayaraq, ixracatımız artır" deyən Ömer Bolat iyunun 1-də İstanbulda təşkil edilən mətbuat konfransında bu rekord inkişafına toxunub.
Aylıq səviyyədə ixrac apreldə 20,8 milyard dollardan 19,4%, idxal isə may ayında illik səviyyədə 2,1% artaraq 31,3 milyard dollara çatıb.
Türkiyənin xarici ticarət balansı keçən ay 6,5 milyard dollar kəsir göstərərək, 2024-cü ilin may ayı ilə müqayisədə 0,1 faiz artım, keçən ayla müqayisədə isə 46 faiz azalma olduğunu göstərir.
2025-ci ilin ilk beş ayında ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% artaraq 110,9 milyard dollara, idxal isə eyni dövrdə 5,7% artaraq 152 milyard dollara çatıb.
Son 12 ayda ixrac əvvəlki dövrlə müqayisədə 1,9% artaraq 265,5 milyard dollarla bütün zamanların ən yüksək səviyyəsinə çatıb. İdxal 1,4% artaraq 352,2 milyard dollara yüksəlib.
May ayında Türkiyənin ən çox ixrac etdiyi ölkə 8,3% faizlə Almaniya, 6,2% ilə Böyük Britaniya, 6% ilə ABŞ və 5% ilə İtaliya olub.