İlon Musk bildirib ki, “X” platforması bazar ertəsi böyük bir kiberhücumla üzləşib. Bu hadisə, siyasi baxımdan mübahisəli milyarderin hədəfə alınıb-alınmadığı və ya keçmişdə “Twitter” kimi tanınan platformanın işçi heyətini azaltmaq qərarının sosial şəbəkəyə təsir edib-etmədiyi suallarını ortaya çıxarıb.
“Downdetector” izləmə saytına görə, “X” platformasında problemlər barədə məlumatlar bazar ertəsi səhərdən başlayaraq Asiya, Avropa və Şimali Amerika istifadəçiləri tərəfindən bildirilib. İstifadəçilər platformaya daxil ola bilmədiklərini qeyd ediblər.
“X” platformasına qarşı böyük bir kiberhücum olub (və hələ də davam edir),” deyə Musk platformada paylaşım edib. Gün ərzində platforma fasilərlə işləsə də, problemlər tam həll olunmayıb.
“SpaceX” və “Tesla” rəhbəri keçən il Donald Trump ilə müsahibənin yayımlanacağı zaman saytın çökməsini də kiberhücumla əlaqələndirmişdi, lakin bu barədə heç bir sübut təqdim etməmişdi.
Mask “DogeDesigner” adlı hesabdan bir paylaşım edərək, son kiberhücumun ona qarşı olan düşmənçiliyin növbəti nümunəsi olduğunu iddia edib. Bu, onun rəhbərlik etdiyi və “Hökumət Effektivliyi Departamenti” (DOGE) adlanan quruma qarşı son etirazlarla və “Tesla” obyektlərinin vandalizmi ilə əlaqələndirilib.
Mask “Fox Business”ə verdiyi müsahibədə hücumda istifadə olunan bilgisayarların rəqəmsal ünvanlarının Ukrayna bölgəsində olduğunu iddia edib və “X”-in hələ də baş verənləri tam olaraq araşdırmağa çalışdığını bildirib.
Kiber təhlükəsizlik mütəxəssisləri “X”-in əməliyyatlarına daxil olmadan vəziyyəti qiymətləndirməyin çətin olduğunu, lakin problemlərin uzun müddət davam etməsinin hücumun əlaməti olduğunu deyirlər.
“Bu, tam gücü ilə davam edən kiber müharibədir,” deyə “Deepwatch” kiber müdafiə platformasından Chad Kragle bildirib. O deyib ki, Maskın diqqət mərkəzində olması və siyasi gərginliklərin zirvəyə çıxması ilə, bu hücumlar millət-dövlət səviyyəsində təcavüzün bütün göstəricilərinə malikdir.