Pakistanın informasiya və media naziri Hindistanın Kəşmirdəki hücumu bəhanə edərək 24-36 saat ərzində hərbi əməliyyat planlaşdırdığını iddia edib. ABŞ iki ölkə arasında gərginliyi azaltmağa çağırarkən diplomatik əlaqə yaradıb.
Pakistanın informasiya və mədia naziri Attaullah Tarar bildirib ki, Hindistanın yaxın 24-36 saat ərzində ölkəsinə hərbi hücum təşkil etməyi planlaşdırdığına dair "etibarlı kəşfiyyat məlumatları" var.
Tarar aprelin 30-da səhər "X" sosial media platpormasında etdiyi paylaşımda "Pakistanın Pahalqam hadisəsini Hindistan tərəfindən saxta bəhanə kimi istifadə edərək bu hərəkəti planlaşdırdığını" söyləyib və əlavə edib ki, hər hansı təcavüz aktının qarşısı qətiyyətlə alınacaq. Hindistan bölgədəki ciddi nəticələrə görə tam məsuliyyət daşıyacaq.
Nazir Hindistanın özünü regionda “hakim, münsiflər heyəti və cəllad” kimi görməsinin məsuliyyətsizlik olduğunu bildirib və bunu qəti şəkildə rədd edib. O, həmçinin vurğulayıb ki, hücumdan sonra Pakistan “qərəzsiz ekspertlər qrupu tərəfindən etibarlı, şəffaf və müstəqil araşdırma təklif edib”, lakin Hindistan görünür “məntiqsiz və qarşıdurma yolunu" seçib. Bu vəziyyət bütün bölgə və sərhəddən kənarda fəlakətli nəticələrə səbəb olacaq.
Nüvə silaha sahib iki ölkə arasında gərginlik keçən həftə Hindistanın idarə etdiyi Kəşmirdə 26 nəfərin ölümünə səbəb olan hücumun Pakistanla əlaqəli olduğunu iddia etməsi ilə başlayıb.
İslamabad hadisəni "saxta bayraq" əməliyyatı kimi qiymətləndirib və tərəfsiz araşdırmaya çağırıb, Hindistanın Baş naziri Narendra Modi isə hücum edənləri tapıb cəzalandıracağına söz verib.
Hücumdan sonra nüvə silahına malik iki ölkə bir-birinə qarşı bir sıra tədbirlər görüb. Hindistan kritik Hind Suları Müqaviləsini dayandırsa da, Pakistan hava məkanını Hindistan hava yolları üçün bağladıqdan sonra iki tərəf Simla Müqaviləsini qarşılıqlı olaraq dayandırıb.
Əksəriyyəti müsəlman olan Kəşmir həm hinduların çoxluq təşkil etdiyi Hindistanın, həm də müsəlmanların çoxluq təşkil etdiyi Pakistanın bütövlükdə haq iddia etdiyi bir bölgədir. Hər iki ölkə regionun yalnız bir hissəsinə nəzarət edir və Himalay bölgəsi üzərində bu mübahisəyə görə müharibələr aparıb. Birləşmiş Millətlər Təşkilatı 1947-ci ildən bəri bölgədə referendum keçirilməsini tələb edən qərarlar qəbul edir.
Hindistan bölgəyə 500.000-dən çox əsgər göndərib və son həftələrdə Hindistan qüvvələrinin təxminən 2.000 kəşmirlini saxladığı və şübhəli üsyançıların evlərini sökdüyü bildirilir. Yerli sakinlər, tənqidçilər və insan haqları qrupları bunu kollektiv cəza kimi qiymətləndiriblər.
Aprelin 28-də İslamabaddakı ofisində "Reuters" xəbər agentliyinə müsahibə verən Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif Hindistanın hərbi hücuma başlayacağını deyib və əlavə edib ki, Pakistan yüksək hazırlıq vəziyyətindədir, lakin "mövcudluğumuza birbaşa təhlükə yaranarsa" Hindistan nüvə silahından istifadə edəcək.
Rubio Hindistan və Pakistanın yüksək səviyyəli diplomatları ilə görüşəcək
Xəbər verildiyi kimi, ABŞ-ın yüksək səviyyəli diplomatı aprelin 29-da Birləşmiş Ştatların Hindistan və Pakistanı hazırkı gərginliyi azaltmağa çağırmasından sonra, hindistanlı və pakistanlı həmkarları ilə tezliklə danışıqlar aparacaq.
ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Brus aprelin 29-da xarici mediaya deyib: "Biz hər iki tərəflə əlaqə saxlayırıq və onlara vəziyyəti gərginləşdirməməyi məsləhət edirik". Sözçü ABŞ dövlət katibi Marko Rubionun Hindistan və Pakistanın xarici işlər nazirləri ilə "ya bu gün, ya da sabah" məsələni müzakirə edəcəyini söyləyib və əlavə edib ki, Rubio "digər milli liderləri və xarici işlər nazirlərini bu mövzuda ölkələrlə əlaqə saxlamağa" təşviq etdi.
Hücumdan sonra Çin və Türkiyə iki ölkə arasında artan gərginliklə bağlı mötədilliyin zəruriliyi ilə bağlı açıqlamalar verib, İran isə vasitəçilik təklif edib. Səudiyyə Ərəbistanı "gərginliyin qarşısını almağa" çalışdığını bildirib.
ABŞ prezidenti Donald Tramp aprelin 25-də verdiyi açıqlamada deyib ki, Kəşmir mübahisəsinin tarixi min ildən artıqdır və hər iki tərəf gərginliyi necə azaltmağı “birtəhər” anlayacaq.
Sözçü həmçinin ABŞ-ın bu mövzuda gündəlik addım atdığını və Rubionun Cənubi Asiyadan olan həmkarları ilə danışıqlarından "təsir" gözlədiyini qeyd edərək deyib: "Hindistan və Pakistan hökumətləri ilə əlaqə saxlayırıq... Təbii ki, bütün tərəfləri ağlabatan həll yolu üçün birlikdə işləməyə çağırırıq. Dünya bu vəziyyəti izləyir".