DÜNYA
2 dəqiqə oxuma
UNRWA: Qəzza üçün mübahisəli yeni ABŞ-İsrail yardım modeli xaotik, alçaldıcı və təhlükəli görünür
Mübahisəli yeni ABŞ və İsrailin dəstəklədiyi Qəzza Humanitar Fondu mayın 27-də Qəzzanın cənubundakı yardım paylama mərkəzində fəaliyyətə başlayıb
UNRWA: Qəzza üçün mübahisəli yeni ABŞ-İsrail yardım modeli xaotik, alçaldıcı və təhlükəli görünür
Qəzzaya humanitar yardım / AP
28 may 2025 г.

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) rəhbəri Philippe Lazzarini Qəzzada mübahisəli yeni ABŞ-İsrail yardım paylama modelinin resursların israfı və diqqəti "vəhşiliklərdən" yayındırmaq məqsədli olduğunu söyləyib.

Lazzarini mayın 27-də Yaponiyada verdiyi açıqlamada deyib: "Düşünürəm ki, bu, resursların israf edilməsi və diqqəti vəhşiliklərdən yayındırmaq məqsədi daşıyır. Artıq məqsədə uyğun yardım paylama sistemimiz var.

Qəzzadakı humanitar yardım birliyi, UNRWA da buna daxildir, hazır gözləyirlər. Ehtiyacı olanlara çatmaq üçün təcrübəmiz və ixtisasımız var.

Digər tərəfdən, aclıq təhlükəsi hər gün artır, ona görə də indi humanitar yardım fəaliyyətlərinin həyat xilasedici vəzifəsini yerinə yetirməsinə icazə verilməlidir".

Qeyd edək ki, ABŞ-ın dəstəklədiyi mübahisəli yeni Qəzzaya Humanitar Yardım Fondu (GHF) mayın 27-də Qəzzanın cənubundakı yardım paylama mərkəzində fəaliyyətə başlayıb.

Minlərlə fələstinlinin Rəfah şəhərinin mərkəzinə axışması ilə xaotik mənzərələr yaranıb.

"Şok edici görüntülər"

Hadisə İsrailin martın 2-də tətbiq etdiyi, ərzaq və dərman çatışmazlığına səbəb olub tam yardım blokadasının qismən yumşaltmasından bir neçə gün sonra baş verib.

Lazzarini Tokioda verdiyi açıqlamada deyib: "Dünən ac insanların çəpərlərə çıxıb yemək almaq üçün çarəsizcə mübarizə apardığı şokedici görüntülərin şahidi olduq. Bu, xaotik, alçaldıcı və təhlükəli idi".

İsrailin Baş naziri Benyamin Netanyahu daha sonra mərkəzdə "nəzarətin bir anlıq itirilməsi" olduğunu etiraf edib, lakin yüksək rütbəli hərbçi paylamanın hələ də "uğurlu" olduğunu irəli sürüb.

Xatırladaq ki, ABŞ digər yardım qrupları tərəfindən tənqid edilən yeni modeli mayın əvvəlində elan edib.

GHF həmçinin fələstinliləri prosesdən kənarlaşdırmaqla, BMT sistemindən yan keçməklə və humanitar prinsiplərə əməl etməməklə İsrailə hərbi məqsədlərinə çatmaqda kömək etməkdə ittiham olunur.

"İsrailin təklif etdiyi yardımın paylanması modeli əsas humanitar prinsiplərə uyğun deyil. Bu, Qəzzanın böyük hissələrini, xüsusilə də ən həssas təbəqələrini təcili ehtiyac duyduqları yardımdan məhrum buraxacaqdır", -deyə Lazzarini qeyd edib.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us