NATO-nun Baş katibi Mark Rutte Türkiyənin müdafiə sənaye bazasını yüksək qiymətləndirib və ölkənin müdafiə sənayesinin Böyük Britaniya, Norveç və Avropa İttifaqı ilə daha sıx əlaqədə olmasının vacibliyini vurğulayıb.
“Türkiyənin çox böyük müdafiə sənaye bazası var. Bəzən onların nəyə malik olduğunu unuduruq. Mən onların bəzi şirkətlərini ziyarət etdim, həqiqətən təsir edicidir”, -deyə M.Rutte iyunun 24-də Haaqada keçirilən NATO İctimai Forumu zamanı bildirib.
“Biz əmin olmalıyıq ki, Türkiyənin müdafiə sənaye bazası Böyük Britaniya, Norveç və Avropa İttifaqı ilə mümkün qədər sıx əlaqələ olmasına imkan yaratmalıyıq”, -deyə Rutte deyib.
Rutte müdafiə əməkdaşlığı çərçivəsində alyans çərçivəsində daxili bölünmələrin yaranmasının qarşısını almağın vacibliyini qeyd edərək deyib: “Gəlin NATO daxilində bu cür sərhədlər çəkməyək. Bu, heç bir fayda verməyəcək”.
NATO-nun 32 üzv dövlətinin liderləri iyunun 24-25-də Haaqada keçirilən və əsasən müdafiə xərclərinin artırılması və Ukraynanın üzvlük müraciəti ilə bağlı müzakirələrin üstünlük təşkil etdiyi kritik sammit üçün bir araya gələcəklər.