SİYASƏT
2 dəqiqə oxuma
Pakistan Hindistana cavab olaraq “Bunyan-un-Marsoos əməliyyatı”na başlayıb
Pakistan ordusu Kəşmirin Hindistan tərəfindən idarə olunan hissəsində Udhampur aviabazasını və Pathankot aerodromunu, eləcə də "BrahMos" raket anbarını bombalayıb
Pakistan Hindistana cavab olaraq “Bunyan-un-Marsoos əməliyyatı”na başlayıb
State-run Pakistan Television says that retaliatory attacks are underway after India fired missiles at three air bases inside Pakistan. / Reuters
10 may 2025 г.

Pakistan təhlükəsizlik mənbələri bəyan edib ki, mayın 9-da səhər tezdən Hindistanın açıq təcavüzünə cavab vermək üçün “Bunyan-un-Marsoos əməliyyatı”na başlayıb.

Bəyanatda həmçinin qeyd olunub: “Cavab hücumlarında Hindistanda bir çox hədəf nişan alınıb. “Bunyan-un-Marsoos” ifadəsi “möhkəm quruluş” və ya “keçilməz divar” mənasına gəlir.”

Pakistan ordusu, hədəflərinin Hindistanın “Brahmos” raket anbarı ilə Kəşmirin Hindistan idarəsindəki hissəsində yerləşən Pathankot və Udhampur bölgələrindəki hava bazaları olduğunu bildirib.

“Reuters” xəbər agentliyi Hindistanın hərbi mənbələrinə istinadən bildirib ki, Hindistan hazırda Pakistana havadan hücumlar həyata keçirir.

Kəşmirin Hindistan nəzarətindəki bölgələrində yaşayan sakinlər bir çox ərazidə güclü partlayış səsləri eşitdiklərini bildiriblər.

 

Hindistan raketləri

Pakistan ordusunun mətbuat katibi ölkənin cavab hücumlarından əvvəl Hindistanın Pakistan daxilindəki üç hava bazasına raket endirdiyini, lakin bu raketlərin çoxunun zərərsizləşdirildiyini açıqlayıb.

Qeyd edək ki, bu son hadisələr ötən ay Hindistanın Pakistana qarşı irəli sürdüyü silahlı qətliam iddiaları ilə alovlanan gərginliyin nəticəsidir.

Rəsmi İslamabad həmin qətliamla bağlı bütün iddiaları rədd edərək hadisəsinin qərəzsiz şəkildə araşdırılması üçün müstəqil beynəlxalq istintaqın aparılmasına çağırış etmişdi, lakin Hindistan tərəfi buna razı olmayıb.

Hindistan ordusu mayın 9-da verdiyi açıqlamada bildirib ki, Pakistan sərhədinə yaxın Hindistan əyalətlərində, o cümlədən Srinagar şəhəri də daxil olmaqla, Kəşmirin Hindistan nəzarətindəki 26 bölgəsində pilotsuz uçuş aparatları müşahidə olunub. “Vəziyyət yaxından və davamlı şəkildə izlənilir, lazım olan hər yerdə sürətli şəkildə müdaxilə olunur” deyə əlavə edib.

MƏNBƏ:TRT Global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us