Bu gün Moskva yaxınlığında park edilmiş avtomobilə yerləşdirilmiş partlayıcı qurğu işə düşüb və nəticədə Rusiyanın yüksək səviyyəli generalı həlak olub. Ölkədə baş verən böyük cinayətlərin araşdırılmasına cavabdeh olan İstintaq Komitəsi qətllə bağlı araşdırma başlandığını açıqlayıb.
Hakimiyyət orqanları Moskva vilayətinin Balaşixa şəhərində baş verən partlayış nəticəsində general-leytenant Yaroslav Moskalik öldüyünü açıqlayıb.
Müstəntiqlər, Moskvanın şərqindəki Balaşixa şəhərində "Volkswagen Golf" avtomobilin yaşayış binasının qarşısında partlamasından sonra qətl və partlayıcı maddələrin qaçaqmalçılığı ilə bağlı istintaqa başladığını bildiriblər.
Hadisə yerindən sosial mediada paylaşılan görüntülərdə avtomobilin tamamilə yandığı görünür.
"Agentstvo "araşdırma saytı sızan məlumatlara istinadən xəbər verib ki, Moskalik Balaşixada yaşayır, lakin partlamış avtomobil onun adına qeydiyyatda deyil.
“İzvestiya” qəzetinin dərc etdiyi təhlükəsizlik kamerası görüntülərində güclü partlayış və dağıntıların havaya uçması əks olunub. Partlayış bir nəfər avtomobilə doğru gedərkən baş verib.
"Partlayış maksimum zərər vurmaq məqsədi ilə metal parçaları ilə doldurulmuş əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində baş verib", - müstəntiqlər bildiriblər.
Rəsmi Rusiya mənbələrinin məlumatına görə, Moskalik 2015-ci ildə Ukrayna qoşunları ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında münaqişə zamanı keçirilən “Normand formatı” danışıqlarında Rusiya hərbi nümayəndəsi kimi çıxış edib.
Rusiya prezidenti Vladimir Putin 2021-ci ildə Moskalikə general-leytenant rütbəsi verib.
Partlayış Moskvanın Ukraynadakı hərbi kampaniyası ilə əlaqəli ruslara qarşı əvvəlki hücumlara bənzəyir.
Kiyev əvvəllər oxşar hücumlara görə məsuliyyəti öz üzərinə götürüb, lakin bu gün baş verən hücumla bağlı heç bir şərh verməyib.