SİYASƏT
1 dəqiqə oxuma
Türkiyə prezidenti amerikalı həmkarının sülh bəyanatını alqışlayır
Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin iyunun 15-də “X” platformasında verdiyi məlumata görə ...
Türkiyə prezidenti amerikalı həmkarının sülh bəyanatını alqışlayır
The two leaders discussed the Israel-Iran conflict, bilateral ties and regional issues in a phone call. / AP
8 saat əvvəl

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın İsrail-İran münaqişəsinin həlli ilə bağlı son açıqlamalarını alqışlayaraq bütün bölgəni alovlara bürüyə biləcək bir fəlakətin qarşısını almaq üçün təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

  Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin iyunun 15-də “X” platformasında verdiyi məlumata görə, iki lider telefon danışığı zamanı İsrail-İran münaqişəsini, ikitərəfli əlaqələri və regional məsələləri müzakirə ediblər.

  R.T.Ərdoğan İranın nüvə proqramı məsələsinin həlli üçün diplomatiyanın yeganə mümkün yol olduğunu bir daha vurğulayıb və bu istiqamətdə, o cümlədən vasitəçilik də daxil olmaqla, rəsmi Ankaranın hər cür səy göstərməyə hazır olduğunu bildirib. O deyib: “İsrailin İrana qarşı hücumları hər iki tərəf üçün geridönməz iqtisadi və mülki zərərlərə  səbəb olub və bu riskli hərəkətlərə son qoyulmalıdır”.

  Donald Tramp da 15 iyunda “Truth Social” platformasında etdiyi paylaşımda “İran və İsrail razılaşma əldə etməlidir və edəcək” deyərək sülhün təmin olunması üçün bir çox zənglərin və görüşlərin davam etdiyini bildirib.

  Xatırladaq ki, münaqişə iyunun 13-ü erkən saatlarda İsrailin İranın hərbi və nüvə obyektlərinə zərbə endirməsi ilə başlayıb. Nəticədə İranın bir çox yüksək səviyyəli komandirləri və alimləri həlak olub. İsrail hücumlarını davam etdirdikcə İran da cavab zərbələri endirib.

MƏNBƏ:trt global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us