Rusiyanın paytaxtı Moskvada keçirilən yüksək səviyyəli görüşlərdən sonra mayın 27-də təşkil olunan birgə mətbuat konfransında çıxış edən Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan deyib: "Türkiyə və Rusiya Suriyanın ərazi bütövlüyünün və birliyinin qorunması üçün birgə çalışmağa davam edəcəyik. Suriya xalqının rifaha qovuşması üçün səylərimizi əsirgəməyəcəyik".
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə sülh danışıqlarının ikinci raundunun İstanbulda keçirilә bilәcәyini söylәyib.
Tәrәflәr həmçinin Rusiya ilə Ukrayna arasında birbaşa sülh danışıqlarının bərpasına dair iradələrini ifadə edərək Türkiyənin etibarlı vasitəçi rolunu dəstəklədiklərini bildiriblәr.
Qeyd edək ki, Türkiyə mayın 16-da İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında üç ildən sonra keçirilən ilk birbaşa görüşlərə vasitəçilik edib. Bu danışıqlar nəticəsində tərəflər, ümumilikdə 1.000 nəfəri əhatə edən genişmiqyaslı əsir mübadiləsi və atəşkəs istiqamətində müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.
Nazir H. Fidan Rusiyaya işgüzar səfərinin ikinci günündə Lavrovla yenidən görüş keçirib. O, daha əvvəl Rusiya Federasiyası prezidentinin köməkçisi, Rusiya-Ukrayna danışıqlarında Rusiya heyətinə rəhbərlik etmiş Vladimir Medinski və Rusiya prezidenti Vladimir Putinlə də görüşüb.
H. Fidan Türkiyənin rәsmi Moskva və Kiyev arasında gələcək müzakirələrə ev sahibliyi etməyə hazır olduğunu bir daha vurğulayıb və prezident Rəcəb Tayyib Ərdoğanın prosesə verdiyi dəstəyi xatırladıb. O, Lavrovun gələcək sülh danışıqlarına hazır olduğunu ifadə etməsini yüksәk qiymәtlәndirib. Türkiyәnin XİN rәhbәri münaqişənin sona çatdırılmasında Türkiyənin həm coğrafi, həm də siyasi baxımdan əhəmiyyətli rol oynadığını qeyd edib.
Qәzza zolağında yaşanan humanitar böhrana da toxunan Hakan Fidan deyib: "Qəzzada davam edən soyqırım dərhal dayandırılmalıdır. Əks təqdirdə, İsraili də əhatə edəcək genişmiqyaslı xaosun qarşısını almaq mümkün olmayacaq".
S.Lavrov öz növbsində Rusiya ilə Türkiyənin Fələstin məsələsində ortaq mövqedə olduqlarını vurğulayaraq deyib: "Fələstin məsələsində Türkiyə ilə ortaq baxışlara sahibik. Qəzza və İordan çayının qərb sahilində baş verənlər qəbuledilməzdir."
Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, Hakan Fidan Sergey Lavrovun dәvәti ilә 26–27 may tarixlərində Moskvaya rәsmi sәfәr edib.