SİYASƏT
2 dəqiqə oxuma
Tailandla Kamboca arasındakı sərhəd mübahisəsi insanları çətin vəziyyətdə qoydu
Tərəflər arasında yenidən alovlanan gərginlik səbəbilə bağlanan keçidlər uşaqlı ailələr və xarici turistlərin bölgədə qalmasına səbəb olub.
Tailandla Kamboca arasındakı sərhəd mübahisəsi insanları çətin vəziyyətdə qoydu
/ AP
7 saat əvvəl

Ərazi anlaşmazlığı ilə gərginləşən mübahisə nəticəsində Tailand ordusunun sərhəd keçidlәrini demək olar ki, tamamilə bağlanmasından sonra iyunun 24-dә Tailandla Kamboca arasındakı əsas quru sərhəd keçid məntəqəsində, uşaqlı ailələr də daxil olmaqla onlarca turist və fəhlə çıxılmaz vəziyyətdə qalıb.

Tailand ötən ay bir kambocalı əsgərin həlak olması ilə nəticələnən hərbi toqquşmaların yenidən alovlanması səbəbilə, yeddi sərhəd əyalətindəki keçid məntəqələrini tələbələr və tibbi yardım ehtiyacı olan şəxslər istisna olmaqla hamı üçün bağlayıb.

Əksəriyyəti Tailanda müntəzəm olaraq ticarət məqsədilə keçən satıcılardan ibarət olan təxminən 50 kambocalı fəhlə nəzarət məntəqəsində çıxılmaz vəziyyətdə qalıb və evlərinə dönə bilməyiblər.

Adətən hər gün Tailandda işləyib axşam Kambocadakı evinə qayıtdığını deyən 38 yaşlı geyim satıcısı Malin Po sәrhәd keçid məntəqəsinin niyə bağlandığı ilə bağlı heç kimin açıqlama vermədiyini bildirib. O, yaranmış vәziyyәtә görә bir çox insanın bu hadisә ucbatından məyus olduğunu vurğulayıb.

Sarı dəmir hasarlarla bağlanmış böyük tağvari keçid məntəqəsinin yaxınlığında çevik polis alayı yerləşdirilib.

 

Sərhəd mübahisəsi

Kambocalı fəhlələrlə yanaşı sərhədi keçmək üçün gözləyən bir neçə turist də orada çıxılmaz vəziyyətdə qalıb.

İtaliyanın Turin şəhərindən olan 34 yaşlı Matteo Toso Asiyanı çantası ilə gəzərək Nepaldan başladığı iki aylıq səfəri çərçivəsində Kambocaya keçməyə çalışdığını deyib. “AFP”yə danışan M.Toso deyib: "Bəlkə də Banqkoka qayıdıb Kambocaya təyyarə ilə getməli olacağam, lakin bu, əlbəttə ki, daha baha başa gələcək."

Qeyd edәk ki, Tailand və Kamboca arasında XX əsrin əvvəllərində fransızların Hind-Çin yarımadasını işğalı dövründə çəkilmiş 800 kilometrlik sərhədin bir neçə kiçik hissəsi üzərində fikir ayrılığı mövcuddur.

Bu mübahisə səbəbilə 2008-ci ildən bəri bölgədə tәxminәn 28 nəfər həyatını itirib.

Tayland sərhəd polisi, keçid məntəqəsinin nə vaxt açılacağı ilə bağlı qeyri-müəyyənlik olduğunu bildirib və sahədəki əməkdaşların məhdud məlumatla hərbi əmrə tabe olduqlarını qeyd edib.

 

MƏNBƏ:TRT Global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us